Bank Of Baku

Türkiyəli müğənni Güldən Qaraböcək: “Bakıya gec gəlməyimin səbəbi çamadanlarımın itməsi oldu” – FOTO

Türkiyəli müğənni Güldən Qaraböcək: “Bakıya gec gəlməyimin səbəbi çamadanlarımın itməsi oldu” – <font color=red>FOTO</font>
# 12 noyabr 2010 11:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycan üçün çox darıxmışam. Ancaq gec dəvət edildiyim üçün, Bakıya indi gələ bildim. Buraya dəvət edilmirdim, niyə dəvət etmirdiniz?” APA-nın məlumatına görə, bu açıqlamanı bu gün Bakıya gələn 80-ci illərin tanınmış müğənnisi, türkiyəli sənətçi Güldən Qaraböcək Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında deyib. Müğənni son illər Türkiyə televiziya kanallarında görünməməsinin səbəblərini də açıqlayıb. O, efirlərdə yalnız yeni layihələrlə görünməyin tərəfdarı olduğunu deyib: “Mən yalnız yeni layihələrlə efirə çıxıram. Son zamanlar yeni albomum hazırlanmayıb. Hazırda yeni albomum hazırlanır və qısa zamanda bu layihəmi təqdim edəcəyəm. Bax o zaman efirlərdə görünəcəyəm”. Güldən Qaraböcək Azərbaycana gəlməsinə və Bakı səhnəsində çıxış etməsinə görə çox şad olduğunu dilə gətirib: “Səfərim çox yaxşı keçdi. Bu mənim Azərbaycana ilk gəlişimdir, ancaq ümid edirəm ki, bu davamlı gəliş olacaq. Sizləri iki saata yaxın gözlətməyimin səbəbi çamadanlarımın itməsi ilə əlaqədar idi. Belə bir problem yaşadım. Eyni zamanda təyyarə bir az gecikdi. Azərbaycanda çox sevildiyimi bilmirdim, ancaq buna əmin oldum”.

Türkiyəli müğənni sabah onunla eyni səhnəni bölüşəcək Azərbaycanın xalq artisti Nisə Qasımovanın adını eşitdiyini, ancaq onu görmədiyini deyib. Güldən Qaraböcək noyabrın 13-də Heydər Əliyev Sarayında Azərbaycan xalqına unudulmaz gecə yaşadacağını və onların qarşısında “Sən gəlməz oldun”, “Arzu qızım” kimi Azərbaycan mahnılarını ifa edəcəyini bildirib. Türkiyəli müğənni üç gün paytaxtımızın qonağı olacaq.

Güldən Qaraböcək bu gün Fəxri Xiyabanda mərhum dövlət başçısı Heydər Əliyevin məzarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.

Qeyd edək ki, Güldən Qaraböcək sabah, yəni noyabrın 13-də Heydər Əliyev Sarayında xalq artisti Nisə Qasımova ilə birgə konsert verəcək. Konsert “Ulduzlar görüşəndə” adı altında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR