Bank Of Baku

Emin Ağalarov Moskva, Kiyev, Yekaterinburq, Sankt-Peterburq və Bakıda yeni albomunun təqdimatı ilə bağlı konsert verəcək - FOTO

Emin Ağalarov Moskva, Kiyev, Yekaterinburq, Sankt-Peterburq və Bakıda yeni albomunun təqdimatı ilə bağlı konsert verəcək - <font color=red>FOTO</font>
# 12 noyabr 2010 14:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov yeni albomunun təqdimatına hazırlaşır. APA-nın müğənninin saytına istinadən yaydığı xəbərə görə, Emin Ağalarov yeni albomunun təqdimatı məqsədilə noyabrın 25-də Moskvada, noyabrın 28-də Kiyevdə, dekabrın 2-də Yekaterinburqda, dekabrın 4-də isə Sankt-Peterburqda konsert verəcək. E. Ağalarov Bakıda da albomunun təqdimatını keçirməyi düşünür. Hələlik konsertin vaxtı və yeri dəqiqləşdirilir. Çox güman ki, proqram ilin sonuna təsadüf edəcək.

Emin Ağalarovun sayca 5-ci albomuna daxil olacaq 6 mahnı promo CD şəkilində Leyla Əliyevanın baş redaktoru olduğu “Bakı” jurnalının son sayında hədiyyə kimi də təqdim olunub. Promo CD-ni əldə edənlər müğənninin konsertində pulsuz iştirak hüququ qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR