Bank Of Baku

Türkiyəli müğənni Hande Yener Bakı səhnəsində yaddaqalan konsertlə çıxış edib - FOTOSESSİYA

Türkiyəli müğənni Hande Yener Bakı səhnəsində yaddaqalan konsertlə çıxış edib - <font color=red>FOTOSESSİYA</font>
# 13 noyabr 2010 08:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 12-də türkiyəli müğənni Hande Yener Bakıdakı restoranlardan birində yaddaqalan konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, saat 21:00-a təyin olunan konsert bəzi səbəblərdən saat 23:30-da başlayıb. Hande Yener konsertinin gec başlamasını belə izah edib: “Mən saat 7-dən konsertin keçirildiyi məkanda idim. Mənə nə zaman deyildisə, onda da səhnəyə çıxdım. Tamaşaçıları gözlətdirməyi sevmirəm. Amma bu dəfə belə alındı”.

Türkiyəli müğənni səhnəyə mavi rəngli paltarda səhnəyə çıxıb. Hande Yeneri pianoda son zamanlar işbirliyi qurduğu bəstəkar Sinan Akçıl müşayiət edib. Sənətçi iki saata yaxın davam edən fasiləsiz konsertdə bir geyimdə çıxış edib. O, bütün mahnılarını canlı ifada Azərbaycan tamaşaçısına təqdim edib. Konsert boyunca vaxtaşırı tamaşaçılarla söhbət edən Hande Yener “şəhərinizə ilk dəfədir gəlirəm və Bakıya heyran oldum. Açığını desəm sizə paxıllığım tutdu, çox gözəl şəhəriniz var” deyib. Konsert boyunca Hande Yenerin çoxsaylı pərəstişkarları bütün mahnıları onunla birgə ifa ediblər və canlı ifa altında rəqs etməyi də unutmayıblar. İki saatlıq çıxışında Hande Yener “Romeo”, “Uzaylı”, “Kibir”, “Acı veriyor”, “Aşkın atəşi”, “Yalanın batsın”, “Bodrum”, “Küs” və digər sevilən mahnılarını Azərbaycan xalqı qarşısında ifa edib. Sənətçi Bakı konsertinə görə təşkilatçılara da təşəkkür etməyi unutmayıb. Hande Yenerin çıxışını izləyən tamaşaçılar arasında xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, stilist Anar Ağakişiyev və başqa tanınmış simalar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR