Bank Of Baku

Azərbaycanın “Turan” qrupu BBC-3 radiosunun yubileyində çıxış edəcək

Azərbaycanın “Turan” qrupu BBC-3 radiosunun yubileyində çıxış edəcək
# 18 noyabr 2010 08:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Turan” muğam qrupunun üzvləri noyabrın 25-də İngiltərəyə səfər edəcək. Qrupun solisti, xanəndə Qoçaq Əsgərov APA-ya açıqlamasında dəvəti BBC-3 radiosunun rəhbərliyindən aldıqlarını deyib. O bildirib ki, UNESCO-nun eksperti Sənubər Bağırovanın yaxından iştirakı ilə yarım saatlıq konsert proqramı ilə çıxış edəcəklər: “Bütün dünya dinləyicilərinin maraqla dinlədiyi “Dünya musiqi yolları” verilişinin 10 yaşı tamam olur. On illik zaman kəsiyində verilişin əməkdaşları əksər ölkələrin peşəkar musiqiçiləri haqqında maraqlı verilişlər hazırlayıb, musiqilərini təqdim ediblər”.

Konsertlərdə Qoçaq Əsgərovu tarda əməkdar artist Malik Mansurov, kamançada Elnur Mikayılov, nağarada Şükür Əliyev müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR