Bank Of Baku

Azərbaycanın “Eurovision” təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsində mübarizə aparacaq 11 namizəd məlumdur - FOTO

Azərbaycanın “Eurovision” təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsində mübarizə aparacaq 11 namizəd məlumdur - <font color=red>FOTO</font>
# 19 noyabr 2010 16:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision -2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsində 11 namizəd mübarizə aparacaq. APA-nın məlumatına görə, noyabrın 22-dən etibarən İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) canlı efirində bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 11 iştirakçı öz istedadını nümayiş etdirəcək.

Gələn həftənin bazar ertəsindən etibarən “East Groove” qrupu, Fizzə Nadirova, Sitarə Nəsirova, Emin Həsən, Nəzrin Zərbəliyeva, Ülvi Rəşidov, Günay Ələkbərova, Yeganə Ağayeva, Şölə Səfərəliyeva, Ülviyyə Talışinskaya, Nurlan Növrəsli münsiflər heyəti və tamaşaçılar qarşısında çıxış edəcək. Noyabrın 26-da, yəni gələn həftənin cümə günü 11 namizəd arasından ən çox səs toplayanı finala vəsiqə qazanacaq 7 nəfərdən 2-si olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR