Bank Of Baku

Ali Məhkəmə İlhamə Quliyevanın Flora Kərimova ilə bağlı kasasiya şikayətini təmin edib

Ali Məhkəmə İlhamə Quliyevanın Flora Kərimova ilə bağlı kasasiya şikayətini təmin edib
# 23 noyabr 2010 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Ali Məhkəməsi xalq artisti İlhamə Quliyevanın xalq artisti Flora Kərimova ilə bağlı verdiyi kasasiya şikayəti təmin edilib. İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin APA-ya verdiyi məlumata görə, noyabrın 23-də hakim Bağır Əsədovun sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar ləğv olunub. Ali Məhkəmə qərara alıb ki, F. Kərimova qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilməz. Bununla da F. Kərimovanın bir il davam edən qarşılıqlı iddia tələbinə son qoyulub.

Qeyd edək ki, bir il əvvəl İlhamə Quliyeva şərəf və ləyaqətinin təhqir olunması və işgüzar nüfuzunun aşağı salınması iddiası ilə Flora Kərimovadan şikayət etmişdi. Flora Kərimova da məhkəmədə qarşılıqlı iddia qaldırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR