Çingiz Mustafayev: “Azərbaycanın maraqları və qələbəsi mənim üçün şəxsi ambisiyalarımdan daha önəmlidir” – MÜSAHİBƏ – FOTOSESSİYA
- Milli seçimlərin finalına keçməyini necə qiymətləndirirsən?
- Düşünürəm ki, finala çıxmağımın birinci səbəbi tamaşaçıların məni “Yeni ulduz” layihəsindən tanıması oldu. Bu müddət ərzində mənim ifamı bəyənən yetərli tamaşaçı auditoriyasını və pərsətişkar ordusunu ətrafıma toplamağı bacardım. Məhz onların dəstəyi hesabına mən milli seçimlərin finalına vəsiqə qazandım. Sözsüz ki, bu uğurumda münsiflər heyətinin rolu da çox böyükdür. Sadaladıqlarımın hesabına mən “Eurovision” səhnəsində çıxış etməyə bir addım da yaxınlaşdım.
- Yarfımfinalın ilk həftəsində çıxış etdin. Sonuncu gün isə “Eurovision-2010”da İsrail təmsilçisi Harel Skaatın “Milim” mahnısını ivrit dilində səsləndirdin. Bu dildə mahnı oxumaq çətin olmadı ki?
- Əslində “Milim” mahnısını elə müsabiqə dönəmində çox sevdim. Çox çətin və məsuliyyətli mahnıdır. Bu mahnını sonuncu gün ifa etməyim üçün çox çalışdım, sözləri əzbərlədim və hər şeyi etdim ki, bu mahnı məndə alınsın. Gündəlik olaraq öz-özümə mahnını ifa edirdim. Sizə onu da açıqlayım ki, mahnını ifa etdikdən sonra bu ifam internetdə yayıldı. Heç gözləmədiyim halda mahnının bəstəkarı və Harel Skaatın köməkçisi mənim ifamı çox bəyəndiklərini söylədilər. Hətta bəstəkar bildirib ki, “mən bu mahnının ivrit dilində azərbaycanlı ifaçı tərəfindən bu cür peşəkarlıqla təqdim olunmasını gözləmirdim, bu, məni ürəkdən sevindirir”. Bu sözləri eşitmək sözsüz ki, məni çox şad etdi. Hər halda sübut etdim ki, üzərimdə çalışaraq istənilən çətinliyin öhdəsindən gələ bilərəm.
- Ümumiyyətlə, Çingiz Mustafayevin bu müsabiqəyə qatılmaqda əsas məqsədi nədir?
- “Yeni ulduz” müsabiqəsindən sonra öz üzərimdə çox işləməyə başladım, məncə artıq “Eurovision” müsabiqəsinin formatına uyğun gəlirəm. Bu mötəbər musiqi-televiziya şousunda nəyə qadir olduğumu, bütün potensialımı Avropaya nümayiş etdirmək istəyirəm.
- Yarımfinal iştirakçıları arasında finala vəsiqə qazanacaq digər altı namizədin kim olacağını özün üçün müəyyənləşdirmisənmi?
- Şəxsən mən milli seçimlərdə iştirak edən 6-7 iştirakçının finala çıxacağını güman edirəm, çünki onlar həqiqətən də istedadlı və perspektivli ifaçılardır. Düşünürəm ki, elə məhz həmin ifaçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Mən də daxil olmaqla, düşündüyüm ifaçıların hər biri bu müsabiqədə ölkəmizi təmsil etməyə layiqdir. Hətta münsiflər heyəti və tamaşaçılar finalda məni təmsilçi kimi seçməsələr və bu şans başqa bir ifaçıya nəsib olsa, mən həmin şəxsə Azərbaycana qalib kimi dönməyi ürəkdən arzulayaram.
- Əgər “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçilik hüququ qazansan Avropanı nə ilə təəccübləndirəcəksən? Sən özündə Avropada birinci olmaq gücünü görürsənmi?
- “Eurovision” səhnəsində çıxış etmək şansı mənə nəsib olsa, Azərbaycan musiqisinin bütün gözəlliklərini və unikallığını göstərməyə var gücümlə çalışacağam. Düşünürəm ki, “Eurovision” hitlərində mütləq milli ornamentlər, sintez olunmuş musiqi olmalıdır. Samir Cavadzadə və Elnur Hüseynov, eləcə də Aysel və Araşın ifa etdiyi mahnı kimi. İkinci sualınıza gəlincə, belə cavablandırardım: general olmaq istəməyən əsgər, əsgər deyil. Zənnimcə, ölkəmizin bu müsabiqədə qalib olmaq şansı hər il daha da artıq. Hər ölkəyə ikinci iştirakda üçüncülük nəsib olmur.
- Gəl razılaşaq ki, sən tamaçılar tərəfindən əsasən İspaniya musiqilərinin mahir ifaçısı kimi tanınırsan. Səs diapazonun da bu üsluba daha yaxındır. Təmsilçilik hüququ qazandığın təqdirdə öz gitaranla bu üslubda mahnı ifa edəcəksən?
- Bizim ölkədən hansı mahnı səslənsə, istərdim ki, həmin mahnıda milli üslub olsun və Azərbaycan musiqisini bütün Avropa tamaşaçısı duysun. Musiqi alətinə gəlincə, Aleksandr Rıbakın skripkası ilə qələbəsini xatırlamaq kifayətdir. Mənim gitaramın da şansı olduğunu düşünürəm.
- Qalib olmaq üçün nələr etməyə hazırlaşırsan?
- Bütün gün üzərimdə işləyirəm. Final konserti üçün bütün gücümü səfərbər edirəm. Bu təmsilçiliyi öhdəmə götürməyə hazır olduğumu göstərəcəyəm. Final konsertində təqdim edəcəyim mahnı Avropaya uyğun, sözün həqiqi mənasında müasir və Azərbaycan musiqisinin elemnetlərindən istifadə olunmuş bir mahnı olacaq.
- Özündən başqa Almaniya - Düsseldorf səhnəsində hansı iştirakçını görmək istəyirsən?
- Mən Azərbaycanı bu müsabiqədə təmsil etməyi çox istəyirəm. Bu, mənim ən böyük arzumdur. Ancaq nəticə istədiyim kimi olmasa, Düsseldorfa başqa ifaçı getsə, mən ona ancaq və ancaq uğur arzu edəcəyəm! Əsas odur ki, hər kim təmsilçi olacaqsa, layiqincə vətənimizi təmsil etsin və ötən illərlə müqayisə daha yüksək nəticə qazansın. Azərbaycanın maraqları və qələbəsi mənim üçün şəxsi ambisiyalarımdan daha önəmlidir.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib