Bank Of Baku

Heydər Əliyev Sarayı Yeni il münasibətilə uşaqlar üçün xüsusi proqram təşkil edəcək

Heydər Əliyev Sarayı Yeni il münasibətilə uşaqlar üçün xüsusi proqram təşkil edəcək
# 26 noyabr 2010 11:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2011-ci il yanvarın 2-də, 3-də, 4-də və 5-də Heydər Əliyev Sarayında Yeni il bayramı münasibətilə xüsusi proqram təşkil ediləcək. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, “Yeni il şənliyində qış möcüzəsi” adı altında keçiriləcək konsertdə “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Səyyah”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivlərinin çıxışları olacaq.

Konsertdə sarayda yeni istifadəyə verilən led ekranlardan da istifadə ediləcək. Proqram başlamazdan əvvəl uşaqlar darıxmasınlar deyə ekranda (HD formatda) cizgi filmləri göstəriləcək. Sarayın foyesində animatorlar olacaq və uşaqlar tanınmış cizgi filmləri qəhrəmanları tərəfindən qarşılanacaqlar. Yeni ilin atributları sayılan Şaxta Baba və Qar qız da uşaqları təbrik edənlər sırasında olacaq. Konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şousunun da təşkili nəzərdə tutulur.

Biletlərin qiyməti 4 manatdan 11 manata qədərdir. Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçılarının ailələri, əlil uşaqlar və uşaq evlərinin sakinlərinə ön sıralarda təmənnasız yer ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR