Bank Of Baku

Azərbaycanın “Eurovision” təmsilçisinin seçilməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin ikinci qalibi məlum olacaq – FOTOSESSİYA

Azərbaycanın “Eurovision” təmsilçisinin seçilməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin ikinci qalibi məlum olacaq – <font color=red>FOTOSESSİYA</font>
# 26 noyabr 2010 12:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” yarışmasında Azərbaycanı təmsil edəcək ifaçı və ya qrupun seçilməsi məqsədilə keçirilən seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsi bu gün başa çatacaq. APA-nın məlumatına görə, noyabrın 22-də başlayan yarımfinal mərhələsinin ikinci həftəsində 11 iştirakçı sona kimi mübarizə aparıb. İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) canlı efirində bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 11 iştirakçı öz istedadını nümayiş etdirib.

Bu gün isə yarımfinalın ikinci həftəsinin iştirakçıları - “East Groove” qrupu, Fizzə Nadirova, Sitarə Nəsirova, Emin Həsən, Nəzrin Zərbəliyeva, Ülvi Rəşidov, Günay Ələkbərova, Yeganə Ağayeva, Şölə Səfərəliyeva, Ülviyyə Talışinskaya, Nurlan Növrəsli münsiflər heyəti və tamaşaçılar qarşısında son çıxışlarını edəcəklər. 11 iştirakçı arasından bir ifaçı 50% münsiflər heyətinin səsi, 50% isə tamaşaçı səslərinin sayı ilə seçiləcək.

Qeyd edək ki, yarımfinal mərhələsi bundan sonra 5 həftə davam edəcək. Yarımfinal mərhələsinin ilk qalibi Çingiz Mustafayev olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR