Bank Of Baku

Amerikalı sənətçi “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək arzusundadır - FOTO

Amerikalı sənətçi “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək arzusundadır - <font color=red>FOTO</font>
# 27 noyabr 2010 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision -2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimin yarıfminal mərhələsinə vəsiqə qazanan amerikalı sənətçi Nikola Barkley gələn həftə finala çıxmaq uğrunda mübarizə aparacaq.

İctimai Televiziya və Radio Verilişləri Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yarımfinalın üçüncü həftəsində əcnəbi müğənni 10 yerli sənətçi ilə birgə istedad və bacarığını nümayiş etdirəcək. Yarımfinal mərhələsinin üçüncü həftəsində 11 namizəd mübarizə aparacaq. Noyabrın 29-dan etibarən İTV-nin canlı efirində bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan Dilşən İbadova, Günay İbrahhimli, Xəyyam Nisanov, Sevinc Ağaşirinova, Kənan Qədimov, Nigar Babayeva, Orxan Ağayev, Fərid Məmmədov, Nazir Ağayev, Nikola Barkley və Rinat Alimov münsiflər heyəti və tamaşaçılar qarşısında çıxış edəcəklər. Dekabrın 3-də, yəni gələn həftənin cümə günü 11 namizəddən ən çox səs toplayanı finala vəsiqə qazanacaq 7 finalçıdan 3-sü olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR