Bank Of Baku

Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının konserti keçiriləcək

Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının konserti keçiriləcək
# 29 noyabr 2010 14:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının “Gəncləşən muğam -2” adlı konserti keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 28-də keçiriləcək layihənin rəhbəri xalq artisti, xanəndə Mənsum İbrahimovdur.

Konsert proqramında əməkdar artist Təyyar Bayramov, gənc muğam ifaçıları Elşad Aydınoğlu, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Sabir Həsənov, Oksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar Səxavətoğlu, Tuqay İsmayılov, Xəyal Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalov çıxış edəcəklər.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək konsertin biletlərinin qiyməti 10 manatdan 30 manata qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR