Bank Of Baku

83-cü “Oskar” Mükafatının təqdimat mərasiminin aparıcılığını aktyor Ceyms Franko və Enn Heteuey həyata keçirəcək

83-cü “Oskar” Mükafatının təqdimat mərasiminin aparıcılığını aktyor Ceyms Franko və Enn Heteuey həyata keçirəcək
# 30 noyabr 2010 16:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Oskar” mükafatının təntənəli təqdimetmə mərasiminin aparıcılarının adları məlum olub. APA-nın mükafatın rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, 83-cü Oskarın aparıcılığını aktyor Ceyms Franko və Enn Heteuey həyata keçirəcək. Təqdimetmə mərasiminin prodüserləri Brüs Koen və Don Mişer deyib: “Ceyms Franko və Enn Heteuey Hollivud ailəsinin yeni gənc, enerjili hərtərəfli istedadlı nəslini təmsil edirlər. Ekspertlərin fikrincə Ceyms Franko və Enn Heteuey müxtəlif nominasiyalarda mükafata iddialı ola bilərlər. Belə ki, Franko özü “Oskar” mükafatçısı Denni Boylun “127 saat” trillerində çəkilib. O, filmdə uçqunun altından sağ çıxmaq naminə öz əlini kəsməyə məcbur olan alpinist rolunu canlandırıb. Enn Heteuey bununla yanaşı, Ceyk Qillenhaal ilə birlikdə “Məhəbbət və digər dərmanlar” filmində çəkiliblər”.
Xatırladaq ki, “Oskar” mükafatına namizədlərin adı 2011-ci ilin yanvarın 25-də açıqlanacaq. Mükafatın təqdimat mərasimi isə, həmin ilin fevral ayının 27-də Los-Ancelesdəki “Kodak” kinoteatrında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR