Bank Of Baku

İstanbulda keçiriləcək “Best model of the world-2010” yarışmasının final şousuna Azərbaycandan xüsusi nümayəndə heyəti qatılacaq

İstanbulda keçiriləcək “Best model of the world-2010” yarışmasının final şousuna Azərbaycandan xüsusi nümayəndə heyəti qatılacaq
# 01 dekabr 2010 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 11-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “Best model of the world-2010” yarışmasının final şousunda iştirak etmək üçün Azərbaycandan xüsusi nümayəndə heyəti Türkiyəyə gedəcək. Bunu APA-ya açıqlamasında “Best model of Azerbaijan-2010” müsabiqəsinin prezidentliyini həyata keçirən stilist Anar Ağakişiyev deyib. O bildirib ki, dekabrın 11-də çox möhtəşəm şou baş tutacaq: “Mən bu müsabiqə keçiriləndə Günayın çox istedadlı bir model olduğunu və onun birinciliyə layiq olduğunu bildirmişdim. Fikrimdə yanılmadım və Günay Musayeva bu yarışmanın birincisi oldu. Bütün KİV mənsublarını, eləcə də Azərbaycan xalqını Günaya dəstək olmağa çağırıram. Çünki burada tək Günayın adından yox, bütünlüklə Azərbaycandan söhbət gedir, bu mötəbər model müsabiqəsində Günay və Azərin adı Azərbaycanla bağlıdır”.
A. Ağakişiyev onu da bildirib ki, Azərbaycandan bu müsabiqəyə böyük nümayəndə heyəti gedəcək, sürpriz qonaq qismində də bir şəxs heyətdə təmsil olunacaq. Azərbaycanlı stilistə “Best model of the world-2010” model yarışmasında münsiflər heyətində təmsil olunmaq təklif olunub: “Sözün düzü təklif olunub, amma münsiflər heyətinin tam siyahısı hələ təsdiqlənməyib. Ona görə də bunu dəqiqliyi ilə deyə bilməyəcəyəm. Amma “Best model of Azerbaijan-2010” yarışmasının prezidenti olaraq Günaya dəstək olmaq məqsədi ilə Türkiyəyə gedəcəyəm. Azərbaycanı bu müsabiqədə layiqli iştirakçılar təmsil edir. Hər bir kəsdən xahiş edərdim ki, dekabrın 11-də Türkiyənin “Star” televiziyasında yayımlanacaq bu müsabiqəyə baxsınlar və təmsilçilərimizi dəstəkləsinlər”.

“Best model of Azerbaijan -2010”un prezidenti onu da qeyd edib ki, dünya model müsabiqəndə təmsil olunacaq digər iştirakçılarla maraqlanıb: “Gəldiyim nəticə odur ki, Azər Atakişiyevə İtaliya, Fransa, Bolqarıstan, Türkiyə, Günaya isə iki xanım model rəqib ola bilə: ”Hər iki təmsilçimiz olduqca peşəkardır və mən onlara güvənirəm. Müsabiqəyə ciddi məşqlər gedir. Ajda Pekkan və Demet Akalınla çalışan dizayner, modelyer dostum Ramazzo Günaya çox gözəl qiyafələr hazırlayıb”.

A. Ağakişiyev dekabrın 11-də İstanbulun məşhur salonlarından birində həyata keçiriləcək bu yarışma üçün çox möhtəşəm şou hazırlanacağını deyib. Şounu meqa-star Tarkanın komandası hazırlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR