Bank Of Baku

Eminem “Gremmy”yə iddialıdır

Eminem “Gremmy”yə iddialıdır
# 02 dekabr 2010 12:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Məşhur reper Eminem “Gremmy” musiqi mükafatına iddialıdır. APA-nın məlumatına görə, Amerika səsyazma akademiyasının təsis etdiyi musiqi üzrə “Gremmy” mükafatına iddialı olanların adları dekabrın 1-də açıqlanıb. Eminem 10 nominasiya üzrə mübarizə aparsa da, ”Gremmy” mükafatının əsas üç nominasiyasına iddialıdır. Onun “Recovery” adlı albomu “İlin ən yaxşı albomu” kateqoriyasında, Rihanna ilə yazdığı “Love the Way You Lie" adlı hit-mahnısı isə “Ən yaxşı musiqi” və “İlin mahnısı” kateqoriyalarında mübarizə aparacaq.
“Rep janrında ən yaxşı mahnı” nominasiyasına Eminemin hər iki - "Love the Way You Lie" və "Not Afraid" adlı kompozisiyaları təqdim olunub. Ümumilikdə 11 “Gremmy” mükafatının sahibi Eminem bu vaxta qədər “Ən yaxşı albom" nominasiyasında qalib olmayıb.
Məşhurlardan Jay-Z və Ledi Qaqa bu il altı “Gremmy” mükafatına iddialıdırlar. Gənclərin sevimlisi Castin Biber isə ən nüfuzlu nominasiya sayılan “İlin debütü” kateqoriyasında mübarizə aparacaq.
Mükafatlandırma mərasiminin 2011-ci il fevralın 13-də keçirilməsi nəzərdə tutulur. Ötən il mükafatlandırma mərasimin triumfatoru Beyonse olub. O, bir dəfəyə altı “Gremmy” mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR