Nurlan Növrəsli: “Dörd qardaş var gücümüzü toplayıb, Azərbaycanımızın, Qarabağımızın, Şuşamızın səsini “Eurovision”da ucaldacağıq” - MÜSAHİBƏ – FOTOSESSİYA
- Bu fikir ailəmdən, qardaşlarımdan və işlədiyim insanlardan gəldi. Mənə “Nurlan sən bizi Eurovisionda təmsil etməlisən!” dedilər. Bu dəstəkdən, onların mənə inanmalarından böyük ilham aldım, özümə inamım daha da artdı. Seçim turlarına ciddi hazırlıq, daimi məşqlər, tamaşaçıların mənə olan dəstəyi və dəyərli münsiflər heyətinin verdikləri yüksək bal nəticəsini göstərdi.
- Azərbaycanda keçirilən milli seçimlərdə iştirak edən ifaçılar arasında tanınan simalardan biri də sənsən. Narahat deyilsən ki, seçimlərdə uğur qazana bilmərsən və bu hal pərəstişkarlarının sayının azalmasına səbəb olar?
- Qətiyyən narahat deyiləm. Sənətdə olduğum illər ərzində bir neçə dəfə beynəlxalq müsabiqələrdə iştirak etmişəm, həmin müsabiqələrdən Vətənimə qalibiyyətlə qayıtmışam. 2006-cı ildə Qazaxıstanda keçirilən “Cahan Dala” IX Beynəlxalq mahnı və musiqi müsabiqəsində I yerə, 2009-cu ildə Novorosiyskdə keçirilən Gənc İfaçıların VIII Beynəlxalq “Morskoy Uzel” müsabiqə-festivalında II yerə layiq görülməyim bunun bariz nümunəsidir. Qarşıma qoyduğum məqsədə hər zaman çatıram. Uğur, qələbə qazanmaq üçün çox çalışırıq. Mənim böyük komandam var - başda ailəm, qardaşlarım Şahin, Tərlan, Arslan olmaqla, köməkçim Elsəvər, prodüserim Zema, dostlarımın, yaxınlarım hazırlıq prosesində də köməklərini əsirgəmirlər.
- Niyə tamaşaçılar və münsiflər “Eurovosiion-2011” yarışmasında Azərbaycanı təmsil etmək üçün Nurlan Növrəslini seçməlidirlər? Digər namizədlərdən hansı üstünlüklərin var?
- Çünki biz dörd qardaşıq... Bu suala təffərrüatı ilə isə fevral ayında Milli Seçim Turlarının Final mərhələsində cavab tapacaqsınız.
- Səhnədə ifa zamanı rəqs etmirsən. Azərbaycan təmsilçisi seçilsən, bu stereotipi “Eurovision” səhnəsində qıracaqsan, yoxsa orada da səhnə imicini saxlamağa üstünlük verəcəksən?
- Hər şey mahnıdan asılıdır, mahnı tələb etsə, əlbəttə ki, rəqs də olacaq.
- Məlumatımız var ki, müsabiqədə Növrəslilər ailəsi olaraq təmsil olunmaq istəyindəsiniz. Bu, necə olacaq? Dörd qardaşın hamısı səhnəyə çıxmaq istəyindədir?
- Düzdür, biz Növrəsliləri xaricdə də kifayət qədər tanıyırlar. Bu illər ərzində biz qardaşlar 6-7 Avropa şəhərində solo konsertlərlə çıxış etmişik. Şahin Növrəsli - mənim böyük qardaşım xaricdə kifayət qədər tanınan musiqiçi, caz pianoçusudur. Tərlan Növrəsli - fəlsəfə doktorudur, Türkiyədə təhsil alıb, şairliyə böyük marağı və istedadı var. Bu il “Sərab” adlı kitabı da işıq üzü gördü. Hətta Tərlan ilk “Türkstar” müsabiqəsinin finalçısı olub. Həmçinin onu da qeyd edim ki, Tərlan mənim müsabiqədə bir çox çıxış nömrələrimin ssenari müəllifidir. Arslan Növrəsli Bakı Musiqi Akademiyasının magistratura pilləsində təhsil alır və hazırda tar sinfi üzrə müəllim kimi fəaliyyət göstərir. Müsabiqəni izlədiyim bir neçə il ərzində səhnədə dörd qardaşın çıxışı olmayıb. Hər dördümüzün hələ uşaqlıqdan xəmiri musiqi ilə yoğrulub, valideynlərimizin də musiqiyə bağlılıqları var. Atam Növrəs müəllim gözəl tar ifa edir, anam Nailə xanımın isə çox gözəl səsi var. Yəqin elə biz qardaşlara da bu istedad onlardan keçib. Əsas amil isə əlbəttə ki, bizim qarabağlı, şuşalı olmağımızdır. Çünki bu müqəddəs torpaq artıq öz suyu ilə insana istedad bəxş edir, buna görə Azərbaycanıma, Qarabağıma, Şuşama hər zaman minnətdaram. Biz - dörd qardaş var gücümüzü toplayıb, Azərbaycanımızın, Qarabağımızın, Şuşamızın səsini ucaldacağıq!
- Final mərhələsinin hazırlıqlarına başlamısanmı?
- Artıq hazırlıqlara başlamışıq. Şahin Növrəsli final mərhələsinə artıq mahnı da yazır. Komanda tərəfindən ssenari hazırlanır, rəqs dərslərində iştirak edirəm. Hazırlıqların nəticəsini final mərhələsində izləyə biləcəksiniz.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib