Bank Of Baku

“Turan” muğam qrupu “BBC-3” radiosunda çıxış edib

“Turan” muğam qrupu “BBC-3” radiosunda çıxış edib
# 03 dekabr 2010 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Turan” muğam qrupu İngiltərədə “BBC-3” dövlət radiosunun məşhur proqramlarından olan “Dünya musiqi yolları” proqramının 10 yaşı münasibətilə keçirilən yubiley konsertində çıxış edib. Səfərdən yenicə qayıdan qrupun solisti, xanəndə Qoçaq Əsgərov APA-ya bildirib ki, yubiley konserti BBC-nin böyük konsert zalında keçirilib. Konsertə Azərbaycandan başqa Türkiyə, Monqolustan, İspaniya və Afrika ölkələrindən musiqiçilər qatılıb. Hər musiqiçinin çıxışı yarım saatlıq proqram təşkil edib və radio efirindən canlı yayınlanıb.

Konsertdən sonra BBC-nin prodüseri Ceyms Parkin tamaşaçıların və özünün “Turan” qrupunun timsalında Azərbaycan musiqisini sevərək dinlədiklərini və ifadan zövq aldıqlarını vurğulayıb.

“BBS-3”ün təqdim etdiyi konsert proqramından sonra böyük ziyafət təşkil olunub. Ziyafətə bir çox tanınmış sima qatılıb. İştirakçıların istəyi ilə azərbaycanlı musiqiçilərin yubileydə ifa etdikləri musiqi parçalarının lent yazısı gecədə təkrar səsləndirilib.

Qoçaq Əsgərovu tarda əməkdar artist Malik Mansurov, kamançada Elnur Mikayılov, nağarada Şükür Əliyev müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR