Bank Of Baku

Bosniya və Hersoqovinanı “Eurovision-2011” müsabiqəsində 48 yaşlı Dino Merlin təmsil edəcək – FOTO

Bosniya və Hersoqovinanı “Eurovision-2011” müsabiqəsində 48 yaşlı Dino Merlin təmsil edəcək – <font color=red>FOTO </font>
# 03 dekabr 2010 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bosniya və Hersoqovina gələn ilin may ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” müsabiqəsində təmsilçisinin kimliyini müəyyənləşdirib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu təmsilçi ölkənin məşhur müğənnilərindən biri Dino Merlindir. Dino Merlin bir neçə dəfə bu müsabiqədə ölkəsini təmsil etmək təklifi alsa da, bu təkliflərdən imtina edib: “Bir neçə il bundan əvvəl mən iştirakdan imtina etdim, Laka və Regina kimi müğənnilərin iştirakını irəli sürdüm. Hazırda mən yeni albomumun hazırlıq mərhələsindəyəm və yeni ideyalarla doluyam. Yəni indiki zaman öz ideyalarını müsabiqədə bölüşmək üçün çox doğru zamandır və mən bunu etmək üçün maksimum enerji sərf edəcəyəm. Müsabiqədə uğur qazanmaq üçün çox işləyəcəyəm”.

D. Merlinin Düsseldorfda ifa edəcəyi mahnı 2011-ci ilin fevralın 20-də təsdiqlənəcək. O, Bosniya və Hersoqovinada çox sevilən musiqiçidir, həmçinin Serbiya, Xorvatiya, Çernoqoroya, Sloveniya, Makedoniya kimi ölkələrdə də yetərincə tanınır. Dino Merlin 48 yaşındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR