Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” üzrə milli seçimlərinin yarımfinal mərhələsinin dördüncü həftəsində çıxış edəcək 11 namizədin adı açıqlanıb

Azərbaycanın “Eurovision-2011” üzrə milli seçimlərinin yarımfinal mərhələsinin dördüncü həftəsində çıxış edəcək 11 namizədin adı açıqlanıb
# 04 dekabr 2010 09:57 (UTC +04:00)
APA-nın itv.az saytına istinadən yaydığı xəbərə görə, dekabrın 6-dan etibarən İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) canlı efirində bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 11 iştirakçı öz istedadını nümayiş etdirəcək.

Gələn həftənin bazar ertəsindən etibarən Səid İsmayılzadə, Aydan Rüstəmova, Arzum Xəlilova, Emilya Yaqubova, Ramin Quliyev, Çinarə Nəzərli, Milan Məmmədov, Səbinə Babayeva, Rəhimə Həsənəlizadə, Leyla Dadaşova və Canaşir Quliyev münsiflər heyəti və tamaşaçılar qarşısında çıxış edəcək. Dekabrın 10-da, yəni gələn həftənin cümə günü 11 nəfər arasından ən çox səs toplayan namizəd finala vəsiqə qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR