Bank Of Baku

Şotlandiyalı Nikola Barklay Azərbaycanda “Eurovision-2011” müsabiqəsi üzrə milli seçimlərin finalında iştirak hüququ qazanıb – FOTO

Şotlandiyalı Nikola Barklay Azərbaycanda “Eurovision-2011” müsabiqəsi üzrə milli seçimlərin finalında iştirak hüququ qazanıb – <font color=red>FOTO </font>
# 07 dekabr 2010 13:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisini seçmək üçün keçirilən milli seçimlərə qatılan və yarımfinal mərhələsinin üçüncü həftəsində çıxış edən şotlandiyalı Nikola Barklay münsiflər heyətinin qərarı ilə milli finala vəsiə qazanıb. APA-nın məlumatına görə, ötən həftə 11 yarımfinal iştirakçısı arasında ikinci olan əcnəbi müğənninin finala vəsiqə qazanması üçün münsiflər heyətinə müraciət müsbət nəticələnib. Münsiflər milli seçimlərə qatılan bu müğənninin finalda iştirakını dəstəkləyərək ona bu şansı verdiklərini açıqlayıblar. Bu qərarla “Eurovision-2011” yarışmasında Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərin finalında əvvəldən deyildiyi kimi 7 yox, 8 ifaçı mübarizə aparacaq.

Nikola Barklay fevralın ilk ongünlüyündə keçiriləcək milli final gecəsində Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etmək üçün mübarizə aparacaq. Artıq seçimlərin dördüncü həftəsi başlayıb və həftənin finalçısı cümə günü məlum olacaq.

Qeyd edək ki, yarımfinalın üçüncü həftəsinin qalibi 12 xalla Günay İbrahimli olub. Nikola Barklayin isə finalda iştirak hüququ qazanması üçün münsiflər heyətinə müraciət olunub və verilən qərarla qaydalara bir qədər dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR