Bank Of Baku

“Eurovision-2011” Azərbaycanın milli seçimlərinin dördüncü həftəsi başa çatır

“Eurovision-2011” Azərbaycanın milli seçimlərinin dördüncü həftəsi başa çatır
# 10 dekabr 2010 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” musiqi yarışmasında Azərbaycanı təmsil edəcək şəxsin seçilməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin dördüncü həftəsi bu gün başa çatacaq. APA-nın məlumatına görə, dekabrın 6-da başlayan yarımfinal mərhələsinin IV həftəsində 11 iştirakçı mübarizə aparır.

Bu həftə ərzində Səid İsmayılzadə, Aydan Rüstəmova, Arzum Xəlilova, Emilya Yaqubova, Ramin Quliyev, Çinarə Nəzərli, Milan Məmmədov, Səbinə Babayeva, Rəhimə Həsənəlizadə, Leyla Dadaşova və Canaşir Quliyevin çıxışları olub. 50% münsiflər heyətinin səsi, 50% isə tamaşaçı səslərinin sayı ilə həftə ərzində Arzum Xəlilovanın topladığı səs faizi daha çox olub. Bu gün axşam isə bu həftənin finalçısının kimliyi məlum olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsi bundan sonra 3 həftə də davam edəcək. Hər həftə 11 namizəd öz istedadlarını nümayiş etdirəcək və səsvermə yolu ilə 1-i finala keçəcək. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi finalda mübarizə aparacaq ifaçılar arasından seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR