“Euroviison-2011” müsbaqəsi üzrə milli seçimlərin finalına vəsiqə qazanan üçüncü namizəd Günay İbrahimli: “Nurlan Növrəsli və Çingiz Mustafayevdən səs baxımından daha güclüyəm” – MÜSAHİBƏ - FOTOSESSİYA
- Milli seçimlərin finalına hazırlıq prosesi necə gedir?
- Final şousuna çox az qalıb, ancaq var-gücümlə həmin çıxışa hazırlaşıram. Umid edirəm ki, yaxşı çıxış alınacaq. Tamaşaçıların və münsiflərin inamını doğrultamağa və təmsilçi adını qazanmağa çalışıram.
- Niyə məhz sən “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisi olmalısan? Digər namizədlərdən üstünlüklərin nədədir?
- Hələlik finalda çıxış edəcək üç finalçının kimliyi məlumdur. Həmin o iki ifaçıdan səs baxımından daha güclüyəm. Digər namizədlərin kimliyi hələ məlum deyil deyə, onlar haqqında bir söz deyə biılməyəcəyəm. Çalışıram ki, finalda rəqiblərimdən fərqli tərzdə çıxış edim və yadda qalım.
- Ötən həftə sən finala münsif və tamaşaçı səsverməsi əsasında vəsiqə qazandın. Ancaq həftənin ikincisi olan şotlandiyalı müğənni Nikola Barklayin də finala keçməsi üçün münsiflərə müraciət olundu və bu müraciət müsbət nəticələndi. Bu durum səni qıcıqlandırmadı?
- Bu hal məni qıcıqlandırmadı. Düşünürəm ki, Azərbaycanın milli seçimlərinə qatılması onun üçün çox çətindir. Mən özüm də başqa ölkədə keçirilən seçimlərə qatılsaydım, bu mənim üçün çox çətin olardı. Azərbaycan dilini qətiyyən bilmir, amma bura gəlib ölkəmizi o müsabiqədə təmsil etmək istəyi çox böyük bir şeydir.
- Nurlan və Çingizdən səs baxımından güclü olduğunu deyirsən. Etiraf edək ki, hər iki finalçı tamaşaçılar tərəfindən səndən daha çox tanınırlar...
- Mən Çingiz Mustafayevlə eyni müsabiqədə iştirak etmişəm. Düzdür, həmin müsabiqədə Çingiz qalib oldu. Bu dörd il ərzində mən efirlərə çıxmırdım, üzərimdə işləyirdim ki, irəliləyim və inkişaf edim. İndi də bu illər ərzində çəkdiyim əziyyətlər göz önündədir. Bu seçimlərdə iştirak zamanı həyəcan var idi. Narahat idim ki, səsim əsər, nə isə xoşagəlməz durumlar yaşanar. Doğrudur, bəzi mahnılarda xaric notlarım da oldu, ancaq mən finala çıxmağa layiqli idim və elə də oldu.
- Günay, bu cür fikirlər də səslənir ki, gələn il Azərbaycan bu mötəbər müsabiqədə oğlan ifaçı ilə təmsil olunacaq. Bu cür düşüncələr səni narahat etmir ki?
- Bu cür söhbətlərin olduğundan xəbərsizəm. Sözün düzü, ötən il də seçimlər ərəfəsində çox söz-söhbətlər var idi. Hər il bütün təmsilçi ölkələrdə bu cür hallar olur. Mən isə ümumiyyətlə, nə danışıldığına əhəmiyyət vermirəm. Əvvəlcədən nəticənin nə olacağı barədə heç nə bilmək olmaz. Nəticə çıxışlardan və göstəriləcək perfomanslardan asılıdır. Rəqabət çox güclü olmalıdır və 7 finalçının hər biri yüksək səviyyədə çıxış etməlidir. Hər birimiz Azərbaycanın adına görə çalışırıq. Finalda sürprizlərim çox olacaq və tamaşaçılara bu ada layiqli olduğumu göstərəcəyəm.
- Əgər təmsilçilik şansı sənə nəsib olmasa, növbəti illərdə də mübarizəyə qatılacaqsan, yoxsa bu iddiadan imtina edəcəksən?
- Yox qətiyyən iddiamdan vaz keçmək fikrim yoxdur. Seçilməsəm, daha çox hazırlaşacağam, yatmayacağam, istirahət etməyəcəyəm, həvəsdən də qətiyyən düşməyəcəyəm, öz üzərimdə daima çalışacağam. İnşallah hər şey yaxşı olacaq.
- Səncə, bu həftənin qalibi kim olacaq?
- Bir tamaşaçı kimi fikrimi bildirim. Məncə, bu həftənin qalibi Arzum olacaq.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib