Bank Of Baku

Ermənistanı “Eurovision-2011” mahnı müsabiqəsində Emmy təmsil edəcək – FOTO

Ermənistanı “Eurovision-2011” mahnı müsabiqəsində Emmy təmsil edəcək – <font color=red>FOTO </font>
# 13 dekabr 2010 15:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ermənistan gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində öz təmsilçisini müəyyənləşdirib. APA-nın müsabiqənin internet saytına istinadən yaydığı məlumata görə, Ermənistanı gələn ilki müsabiqədə ölkənin tanınmış müğənnisi Emmy təmsil edəcək. Məlumatda bildirilib ki, bu müğənni müsabiqədə iştirak etmək üçün iki dəfə Ermənistanın milli seçimlərinə qatılıb. Ermənistanın nümayəndə heyətinin rəhbəri Aleksan Xarutyunyan ötən gün təmsilçinin kimliyini açıqlayıb.

Emmy Ermənistanın tanınmış müğənnisi Nadejda Sarkisyan və heykəltəraş, eyni zamanda caz pianoçusu David Bejanyanın qızıdır. Müğənni musiqi ailəsində böyüyüb. Ermənistanda kiçik yaşlarından məşhurlaşıb. Əvvəlcə “Hayer” musiqi qrupunda təmsil olunan Emmy, sonra solo kareyaraya başlayıb. Təmsilçisinin adını açıqlayan bu ölkə, artıq mahnı seçiminə başlayıb və bunun üçün müsabiqə elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR