Bank Of Baku

Sərdar Ortac “Gəlsən də, gəlməsən də” Azərbaycan mahnısını repertuarına daxil edib

Sərdar Ortac “Gəlsən də, gəlməsən də” Azərbaycan mahnısını repertuarına daxil edib
# 13 dekabr 2010 15:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin meqa-starı Tarkandan sonra, həmkarı Sərdar Ortac da Azərbaycan bəstəkarının mahnısını öz repertuarına daxil etmək qərarına gəlib. Hazırda Türkiyədə olan azərbaycanlı təşkilatçı Nahid Emiloğlu APA-ya deyib ki, artıq Sərdar Ortacın oxuyacağı mahnı məlumdur. Sərdar Ortac musiqisi bəstəkar Kamala məxsus olan “Gəlsən də, gəlməsən də” mahnısını ifa edəcək. N. Emiloğlu deyib ki, artıq bu mahnının ifası ilə bağlı lazımi işlər görülüb və səsyazma prosesi yaxınlarda baş tutacaq. Bundan əlavə, meqa-star Tarkan yaxın vaxtlarda ifa etdiyi “Səndən nigaranam” mahnısını ictimaiyyətə təqdim edəcək. Daha sonra isə sənətçi Azərbaycana gələrək, həmin mahnıya klip çəkdirmək fikrindədir.

Təşkilatçının sözlərinə görə, Yeni il ərəfəsində kimsəsiz uşaqların iştirakı ilə keçirilən “Sən bir nəğməsən” mahnı müsabiqəsinin final konsertinin də təşkili nəzərdə tutulur: “Bu layihənin finalı çox söz-söhbətə səbəb olub. Ancaq biz bu layihənin finalını möhtəşəm edəcəyik. Yeni il bayramı ərəfəsində qalibimizə hamının gözünü önündə evin açarlarını təqdim edəcəyik. Buna heç kimi şübhəsi olmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR