Bank Of Baku

“Eurovision-2011” müsabiqəsində 44 ölkə iştirak edə bilər

“Eurovision-2011” müsabiqəsində 44 ölkə iştirak edə bilər
# 14 dekabr 2010 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2011-ci ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı “Eurovision” müsabiqəsində iştirak edəcək ölkələrin siyahısının rəsmi təsdiqinə bir neçə həftə qalıb. APA-nın xəbərinə görə, indiyədək Düsseldorf səhnəsində 41 ölkənin iştirakı təsdiqlənib: Almaniya, Azərbaycan, Avstriya, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, İsveçrə, İsveç, Estoniya və Ermənistan.

1998-ci ildə bu müsabiqədə iştirakını dayandırmış İtaliya və 2007-ci ildən “Eurovision”a qatılmayan Avstriya müsabiqəyə qayıdıb. 2008-ci ildən etibarən müsabiqədə iştirak etməyən və bunu maliyyə problemləri ilə əlaqəqələndirən San-Marinonun RTV televiziya kanalı da ötən həftə yarışda iştirak istəyini bəyan edib. Monteneqronun RTCQ, Macarıstanın MTV və Slovakiyanın STV telekanalları da müsabiqədə iştirak üçün Avropa Yayım Birliyinə (EBU) müraciət ünvanlayıblar. Müraciət edən ölkələrin təmsilçiliyi təsdiqlənsə, o zaman “Eurovision-2011” müsabiqəsində iştirakçı ölkələrin sayı 44-ə çatacaq və bu, 56 illik tarixə malik olan “Eurovision”da rekord göstərici olacaq.

Qeyd edək ki, indiyə qədər müsabiqədə ən çox iştirakçı ölkə Belqradda keçirilən “Eurovision-2008” müsabiqəsində qeydə alınıb. Həmin il müsabiqədə 43 ölkə təmsil olıunub. Norveçin paytaxtı Osloda təşkil olunan müsabiqədə isə 39 ölkə iştirak etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR