Bank Of Baku

“Eurovision-2004”-ün qalibi Ruslana: “Running Scared”də “Eurovision” səhnəsini və tamaşaçıları heyrətləndirmək üçün çox böyük potensial var” – FOTOSESSİYA

“Eurovision-2004”-ün qalibi Ruslana: “Running Scared”də “Eurovision” səhnəsini və tamaşaçıları heyrətləndirmək üçün çox böyük potensial var” – <font color=red>FOTOSESSİYA </font>
# 21 aprel 2011 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal Balkan ifaçısı Goran Bregovicin Kiyevdə keçirilən konsertində iştirak ediblər. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, həmin konsertdə “Eurovision-2004” müsabiqəsinin qalibi Ruslana da iştirak edib. Aprelin 20-də Kiyevdə baş tutan konsertdə Azərbaycan təmsilçiləri Düsseldorfun “Fortuna Arena”sında ifa edəcəkləri “Running Scared” mahnısını təqdim ediblər. Onların çıxışlarını konsertə gəlmiş 4500 tamaşaçı izləyib və Azərbaycan təmsilçilərinin çıxışını alqışlayıblar. Bu mahnı Ukrayna tamaşaçıları tərəfindən çox bəyənilib.
Bundan əlavə, Eldar və Nigarın “Eurovision-2004” ilin qalibi Ruslana ilə görüşləri də baş tutub. Görüş zamanı Ruslana təmsilçilərə müsabiqə ilə bağlı fikirlərini və təcrübəsini bölüşüb. Görüşdən sonra isə “Eurovision” qalibi Azərbaycan təmsilçiləri ilə bağlı fikirlərini bölüşüb: “Baxmayaraq ki, onların mahnısı çox sakit və romantikdir, düşünürəm ki, bu duetdə “Eurovision” səhnəsini və tamaşaçıları heyrətləndirmək üçün çox böyük bir potensial var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR