Bank Of Baku

“Anadolu atəşi”nin Bakı səhnəsindəki çıxışını Türkiyə və ABŞ səfirləri də izləyib - FOTOSESSİYA

“Anadolu atəşi”nin Bakı səhnəsindəki çıxışını Türkiyə və ABŞ səfirləri də izləyib - <font color=red>FOTOSESSİYA</font>
# 25 aprel 2011 08:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, 175 nəfərdən ibarət olan məşhur qrup Azərbaycana 70 nəfərlik heyətlə gəlib. Aprelin 23-də ilk konsert zamanı texniki nasazlıq yaranıb. 20 dəqiqəlik fasilə zamanı texniki nasazlıq aradan qaldırılıb və konsert uğurla davam etdirilib.

İlk konsertdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza xanımları ilə birlikdə rəqs qrupunun möhtəşəm ifasını izləyiblər. Tamaşaçılar arasında Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, bəstəkar Ruhəngiz Qasımova, rəqqasə Məryəm Selymanlı və digər tanınmış simalar da olub.

“Anadolu atəşi” iki saata yaxın konsert boyunca yorulmadan müxtəlif rəqsləri yüksək peşəkarlıqla təqdim edib. İki minə yaxın tamaşaçı çıxışı sona kimi izləyib və hər ifa sürəkli alqışlarla müşayiət olunub. Konsertin sonunda Türkiyənin Azərbaycandakı səfiri kollektivi təbrik etmək səhnəyə çıxıb.

Xatırladaq ki, bu, “Anadolu atəşi”nin Bakıdakı ilk konserti deyil. Bir neçə il əvvəl rəqs qrupu Bakıda yaddaqalan konsert proqramı ilə çıxış etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR