Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigar Böyük Britaniyanın bu müsabiqədəki təmsilçisi və məşhur “Blue” qrupu ilə dostlaşıblar – FOTO

Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigar Böyük Britaniyanın bu müsabiqədəki təmsilçisi və məşhur “Blue” qrupu ilə dostlaşıblar – <font color=red>FOTO </font>
# 26 aprel 2011 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı bu il “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək ifaçılarımız Eldar və Nigar Kiyev səfəri zamanı Ukrayna və Böyük Britaniyanın təmsilçiləri ilə birlikdə mərasimdə iştirak ediblər. APA-nın Azərbaycanın builki təmsilçilərinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, ukraynalı təmsilçi Mika Nyuton və Böyük Britaniyanın təmsilçisi “Blue” qrupu təmsilçilərimizlə qısa vaxt ərzində dostlaşıblar. Gecə boyunca 6 təmsilçinin bir çox ümumi marağı ortaya çıxıb. O da məlum olub ki, təmsilçimiz Nigar Camal “Blue” qrupunun solisti Antoni Kosta ilə Londonda qonşudurlar. Nigar və həyat yoldaşı Şimali Londonun Barnet səmtində, Antoni isə Palmersdə yaşayır. Eləcə də, onların hər ikisi Şimali Londonun futbol komandası “Tottenham Hotspur”un azarkeşlik edir. İştirakçılar bildiriblər ki, onlar bu həftəsonu artıq start götürəcək möhtəşəm müsabiqədə görüşəcəklər.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri Eldar və Nigar mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcəklər. Təmsilçilərimiz “Running Scared” mahnısı ilə Avropa ictimaiyyətinə müraciət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR