Bank Of Baku

Aysel Teymurzadə və Səfurə Əlizadə Azərbaycanın “Eurovision-2011” yarışmasındakı təmsilçilərinə dəstək olmaq üçün Düsseldorfa gedəcəklər - FOTO

Aysel Teymurzadə və Səfurə Əlizadə Azərbaycanın “Eurovision-2011” yarışmasındakı təmsilçilərinə dəstək olmaq üçün Düsseldorfa gedəcəklər - <font color=red>FOTO</font>
# 27 aprel 2011 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı ötən illərdə “Eurovision” təmsil etmiş ifaçılar Aysel Teymurzadə və Səfurə Əlizadə bu ilki təmsilçilərimizə dəstək olmaq üçün Almaniyaya gedəcəklər. APA-nın məlumatına görə, A.Teymurzadə və S.Əlizadənin “Eurovision-2011” yarışmasının keçiriləcəyi Düsseldorf şəhərinə mayın 10-da keçiriləcək I yarımfinaldan əvvəl gedəcəyi gözlənilir.
2009-cu ildə üçüncülük qazanmış A. Teymurzadə və 2010-cu ildə beşincilik əldə etmiş
S. Əlizadə builki təmsilçilərlə öz təcrübələrini bölüşmək niyyətindədirlər. Hər iki təmsilçi Eldar Qasımov və Nigar Camala Azərbaycana qələbə ilə dönməyi arzulayıblar.

Qeyd edək ki, E. Qasımov və N. Camal Azərbaycanı Düssledorf səhnəsində isveçli bəstəkarlara məxsus olan “Running Scared” mahnısı ilə təmsil edəcəklər. Təmsilçilər mayın 10-da keçiriləcək I yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR