Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” təmsilçilərinin geyimini Lar Vallin, nömrənin xoreoqrafiyasını isə Renni Miro hazırlayır - FOTO

Azərbaycanın “Eurovision-2011” təmsilçilərinin geyimini Lar Vallin, nömrənin xoreoqrafiyasını isə Renni Miro hazırlayır - <font color=red>FOTO</font>
# 28 aprel 2011 21:46 (UTC +04:00)
APA-nın “Eurovision” müsabiqəsinin rəsmi portallarından biri olan escaz.com-a istinadən yaydığı xəbərə görə, Düsseldorf səhnəsində Azərbaycan təmsilçiləri tərəfindən ifa olunacaq “Running Scared” mahnsına hazırlanan nömrənin xoreoqrafı Renni Mirodur.
Azərbaycanın bu ilki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın səhnədəki geyiminin hazırlanması isə Lar Vallinə həvalə olunub. Sözügedən modelyer 2009-cu ildə Azərbaycanın “Eurovision” təmsilçisi Aysel Teymurzadə üçün səhnə geyimi hazırlamışdı.
Düsseldorfun “Fortuna Arena”sında Eldar Qasımov və Nigar Camalı bek-vokalda Jessika Marberqer, Vera Prada, Liza Ztadel və Osa Enqman çıxış edəcəklər. Bu il də Azərbaycanın müsabiqədə yaradıcı komandası İsveçdəndir. Təqdim etdiyimiz fotolarda məhz sözügedən escaz.com saytı tərəfindən çəkilib.
Qeyd edək ki, Azərbaycanın 56-cı “Eurovision” təmsilçiləri mayın 10-da keçiriləcək I yarımfinalda 18 nömrə altında çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR