Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal Düsseldorfda ilk məşqləri uğurla baş tutub- FOTOSESSİYA

Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal Düsseldorfda ilk məşqləri uğurla baş tutub- <font color=red>FOTOSESSİYA</font>
# 02 may 2011 19:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal Düsseldorfda “Fortuna Arena”da ilk məşqlərini ediblər. APA-nın məlumatına görə, təmsilçilərimizin ilk məşqi uğurla baş tutub. İlk məşq zamanı Azərbaycanın 56-cı “Eurovision” təmsilçilərinin səhnə şousu məlum olub. Eldar Qasımov və Nigar Camal Düsseldorf səhnəsində 4 vokalçı ilə birgə çıxış edəcək. Bu bek-vokalçılar təmsilçilərimizi həm musiqi, həm də rəqs ifaları ilə müşayiət ediblər. Təmsilçilərimizin məşqi Avropa mediası tərəfindən də diqqətlə izlənilir. Məşqdən dərhal sonra isə Eldar və Nigarın mətbuat konfransı baş tutub. Azərbaycan təmsilçiləri “Eurovision-2011” müsbaiqəsinə hazırlıq prosesindən, eləcə də bu müsabiqəyə olan xoş münasibətlərindən söhbət açıblar.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri mayın 10-da I yarımfinalda çıxış edəcəklər. Həmin gün təmsilçilərimiz mayın 14-də keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR