Bank Of Baku

Eldar Qasımov və Nigar Camal Düsseldorfda ilk mətbuat konfransı keçiriblər - FOTO

Eldar Qasımov və Nigar Camal Düsseldorfda ilk mətbuat konfransı keçiriblər - <font color=red>FOTO </font>
# 03 may 2011 10:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal Düsseldorfda ilk mətbuat konfransı keçiriblər. APA-nın İctimai Teleradionun rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu, ən çox mətbuat nümayəndəsinin iştirak etdiyi konfrans olub. Azərbaycan təmsilçilərinə verilən sualları Eldar və Nigar alman, ingilis, rus dillərində cavablandırıblar.
Avstraliya radiosunun müxbiri Eldar Qasımova “bilirik ki, nənəniz məşhur aktrisadır. Belə nəslin nümayəndəsi olmağınız bu sənət seçiminə təsir göstərib?” sualını ünvanlayıb. E. Qasımov isə cavabında “əlbəttə ki, sənətə sevgim və istedadıma görə, nənəmə çox minnətdaram”. Təmsilçilərə ünvanlanan növbəti sual isə belə olub: “Maraqlıdır ki, siz bayaqdan bəri bir neçə dildə sərbəst danışırsınız. Növbəti öyrənmək istədiyiniz dillər hansıdır?”. Bu suala E. Qasımov “fransız və ispan”, N. Camalzadə “ispan və italyan” deyə cavab verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR