Bank Of Baku

Malta və Makedoniya təmsilçiləri Azərbaycanın “Eurovision-2011”də şansını yüksək qiymətləndirirlər - FOTO

Malta və Makedoniya təmsilçiləri Azərbaycanın “Eurovision-2011”də şansını yüksək qiymətləndirirlər - <font color=red>FOTO</font>
# 05 may 2011 11:54 (UTC +04:00)
APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycanın yüksək yerə çıxacağına ümid edən təmsilçilər arasında Maltanın, Portuqaliyanın və Makedoniyanın iştirakçıları var. Malta təmsilçisi Glen Vella Azərbaycanın mahnısını çox sevdiyini qeyd edib. O, müsabiqə ilə bağlı təəssüratlarını da APA ilə bölüşüb: “İlk təəssüratlarım çox gözəldir. Bu müsabiqədə çıxış etmək hər bir sənətçinin ən böyük arzuları sırasında olur. Sözsüz ki, bu yarışmada iştirakdan çox məmnunam. Ümidvaram ki, finala vəsiqə qazanacağam. 14 may tarixində ad günümdür və bu günü Düsseldorf səhnəsində bütün tamaşaçılarla birgə keçirməyi arzulayıram”. Glen Vella Azərbaycana və öz ölkəsinə də bu gərgin mübarizədə uğur arzulayıb.

Azərbaycanın “Running Scared” mahnısını çox ürəyi yatımlı mahnı olduğunu qeyd edən Makedoniya təmsilçisi Viatko İievski bu ilki təmsilçilərimizi bəyəndiyini deyib. Makedoniyalı təmsilçi Eldar və Nigarla şəxsən tanış olduğunu və duetimizin bir-birinə çox yaraşdığını, bir-birlərini tamamladıqlarını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR