Bank Of Baku

Türkiyənin “Eurovision-2011” təmsilçisi “Yüksək Sədakat”: “İkinci dəfə bu müsabiqədə iştirak etməyə ehtiyac duymuruq”- FOTOSESSİYA

Türkiyənin “Eurovision-2011” təmsilçisi “Yüksək Sədakat”: “İkinci dəfə bu müsabiqədə iştirak etməyə ehtiyac duymuruq”- <font color=red>FOTOSESSİYA</font>
# 05 may 2011 18:30 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” müsabiqəsi çərçivəsində Türkiyəni təmsil edən “Yüksək Sədakat” qrupunun “Esprit Arena”da ikinci məşqi və mətbuat konfransı keçirilib. APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, qardaş ölkənin məşqi uğurla baş tutub. Türkiyəli qrup səhnədə möhtəşəm şou nümayiş etdiriblər. “Live it up” mahnısı ilə favorit təmsilçilər arasında olan “Yüksək sədakat” qrupu sənə şousunu da mahnının ritminə uyğun hazırlanıb. İşıq effektləri şounun əsas hissəsini təşkil edir.
Daha sonra “Yüksək Sədakat” qrupunun mətbuat konfransı baş tutub. Konfransda KİV nümayəndələrinin suallarını cavablandıran qrup üzvləri, yarışma haqqında xoş təəssüratlarını bölüşüblər. Qrupun solisti Kənan Vural builki yarışmada çox güclü təmsilçilərin olduğunu diqqətə çatdırıb. 56 illik tarixi olan “Eurovision” yarışmasında isə “Yüksək Sədakat” “Abba”, Sərtap Ərənər və daha bir neçə təmsilçini bəyəndiklərini açıqlayıblar.
Almaniyanı ikinci il eyni müğənni ilə təmsil olunmasıyla bağlı suala da türkiyəl təmsilçilər fərqli və cəsarətli cavab veriblər: “Biz ikinci dəfə bu müsabiqədə iştirak etməyə ehtiyac duymuruq və buna ehtiyac da yoxdur. Türkiyədə “Eurovision” yarışmasında ölkəmizi təmsil edə biləcək çoxsaylı sənətçilər var. Düşünürük ki, bir dəfə iştirak kifayət qədərdir ki, bütün istedadı nümayiş etdirməyə yetər”.
“Yüksək Sədakat” qrupu daha sonra “Live it up” mahnısının akustik versiyanı ilk dəfə ifa edib.
Qeyd edək ki, Türkiyə təmsilçiləri mayın 10-da keçiriləcək I yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR