Türkiyənin “Eurovision-2011” təmsilçiləri: “Azərbaycanı çox sevirik və bu il də Azərbaycandan ən yüksəl bal gözləyirik” - MÜSAHIBƏ - FOTOSESSİYA
- Artıq Düsseldorfdasınız və özünüzü “Esprit Arena”da necə hiss edirsiniz?
- Bura çox gözəldir və bizə olduqca yaxın bir ölkədir. Hazırlıqlarımız ürəyimizcə gedir. Müsbət və bizi qane edəcək nəticələr gözləyirik.
- Azərbaycan təmsilçiləri ilə artıq tanışsınız. Münasibətləriniz hansı səviyyədədir?
- Bilirik ki, Azərbaycanın builki “Eurovision” mahnısını Setfan Örn yazıb. “Running Scared” yetəri qədər yaxşı səslənir. Səhnədə də çox möhtəşəm görünürlər və səhnə görüşü olaraq, dekorasiya baxımından da xoşagəlimlidir. Hər ikisinin səsi çox gözəldir və səhnədə çox gözəl duet təşkil edirlər. Azərbaycana çox böyük uğurlar və yüksək nəticələr arzulayırıq.
- Sizcə, bu yarışmada ən yüksək xalın verilməsi ölkənin təqdim etdiyi mahnıdan, yoxsa ölkələr arası münasibətdən asılıdır? Türkiyə yüksək xal baxımından bu il hansı ölkələrə güvənir?
- Əlbəttə ki, bu il də Azərbaycandan ən yüksək bal gözləyirik. Sizin hər zaman bizə çox böyük dəstəyiniz olub və bu dəstəyi bizdən əsirgəməyin. Biz bu dəstəyi çox böyük qiymətləndiririk. Hər il Almaniyadan yüksək xallar gəlir və bu il də ənənənin davam edəcəyini ümid edirik. Ancaq dediyiniz kimi ölkələrin münasibətindən başqa, sözsüz ki, daha çox təqdim edilən mahnı önəmlidir. Belə bir ənənə yoxdur ki, neçə il sərasər eyni ölkədən yüksək xal alasan. Əlbəttə təmsilçinin və mahnının güclü və ya zəif olması böyük önəm daşıyır. Ümid edirik ki, mahnımızı bəyənərlər və hər biri yüksək bal verərlər. Biz promo-tur çərçivəsində Azərbaycana gəldik, çox gözəl qarşılandıq. Azərbaycandan çox yüksək bal gözləyirik. Azərbaycanı və xalqınızı çox sevirik. Hər şeyə görə təşəkkür edirik.
- I yarımfinalda daha güclü ölkələr finala çıxmaq uğrunda mübarizə aparacaq. Azərbaycan və Türkiyə də məhz bu yarımfinalda çıxış edəcək. Nəticə sizi qorxutmur ki?
- Əslində bunun üçün ediləcək çox şey də yoxdur, biz artıq lazım olanı etmişik. Bundan sonra yeni bir şey etmək şansı yoxdur. Yarımfinal mahnıları həqiqətən də güclü mahnılardır və ən yaxşı olan qazansın deyirik. Artıq müsabiqə çərçivəsində bizim təbliğat partimiz də baş tutub və deyilənlərə görə, uzun zamandır “Eurovision”da belə yüksək səviyyəli mərasim keçirilməyib. Elə partimizdə Azərbaycanın dueti ilə tanış olduq. Bakıya gələn zaman Eldar və Nigar səfərdə idilər və onlarla görüşə bilməmişdik. Onlarla tanış olmaq bizə çox böyük zövq verdi. Bizim partimizdə “Running Scared”i ifa etdilər və bizə dəstək olduqlarını dedilər. Bu bizi çox məmnun edir. Biz Azərbaycanın da çox yaxşı nəticə əldə edəcəyinə əminik.
- “Live it up” mahnısı ilə çoxsaylı tamaşaçıların rəğbətini qazanmısınız. Artıq iki məşqiniz baş tutub və öz çıxışınız barədə nələr söyləyə bilərsiniz?
- Bu zamana kimi iki məşqimiz olub və ikinci çıxışımızın daha uğurlu olduğunu düşünürük. Burada keçirdiyimiz bir neçə gün çox gözəl olub və ümid edirik ki, bundan sonra da belə davam edəcək. Bu zamana kimi işimizi çox yaxşı həyata keçirdiyimizi düşünürük. Türkiyəyə qalibiyyətlə dönmək istərdik. Qrup olaraq özümüzü çox yaxşı hiss edirik və keyimiz yerindədir. Ən əsası da budur. Yaxşı nəticə əldə etmək üçün bu vacib amildir.
- Düsseldorfun təşkilatçılığını necə, bəyənirsinizmi?
- Hər şey yüksək səviyyədədir və təmsilçilər üçün lazımi şərait yaradılıb. Yarışma zamanı hər şey o qədər peşəkarcasına olur ki, heç bir musiqiçi bundan narazılıq edə bilməz. Hər il bu müsabiqəyə ev sahibliyi edən istənilən ölkə yarışmaya ciddi yanaşır.
- Ötən il də olduğu kimi, Türkiyə yenə də favoritlər arasındadır və yüksək nəticə əldə edəcəyiniz söylənilir. Ancaq belə düşüncələr də mövcuddur ki, siyasi yanaşmalar olsa, o zaman Türkiyə yüksək nəticə əldə edə bilməyəcək…
- Bunun haqqında heç bir şərh verə bilmərik. Sözsüz, favoritlər arasında olmamız çox xoşdur və birinci olsaq daha da xoşbəxt olacağıq. Ancaq insanlar televiziya qarşısında bu yarışmanı izləyirlər. Bu yarışmada əsas səs verən insanlardır. Qaldı ki, münsiflər heyətinə, əgər onlar bu mövzuda tərəfli davransalar - mən buna inanmıram - bu heç xoş bir şey olmaz. Bu addım bu qədər yüksək səviyyəli bir təşkilatçılığın üzərinə kölgə sala bilər. Ancaq biz belə bir şeyin olacağına ehtimal vermirik. Ümid edirik ki, layiq olduğumuz yeri tutacağıq. Bunu yarışmadan sonra dəyərləndirmək daha düzgün olar.
- “Eurovision” yarışmasında ikinci dəfə iştiraka razılıq verərsiniz?
- Yox, bir dəfə iştirak kifayətdir. İkinci dəfə iştiraka heç bir lüzum yoxdur. Biz düşünürük ki, hər bir təmsilçi bu müsabiqədə bir dəfə iştirak etməklə bütün bacarığını və üstünlüyünü göstərə bilər. Türkiyədə bu yarışmada iştirak edə biləcək çoxlu sənətçilər var və hər il yeni birinin gəlməsi daha yaxşıdır.
- Azərbaycana bir sözünüz varmı?
- Azərbaycan xalqına minnətdarlıq bildiririk. İstiqanlı qardaş ölkədən dəstək gözləyirik. “Yüksək Sədakat” olaraq hər zaman Azərbaycanın yanındayıq. Azərbaycana çox böyük salamlarımızı çatdırırıq.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib