Bank Of Baku

Eldar və Nigar Düsseldorfda keçirdikləri mətbuat konfransında “Küçələrə su səpmişəm” xalq mahnısını ifa ediblər - FOTOSESSİYA

Eldar və Nigar Düsseldorfda keçirdikləri mətbuat konfransında “Küçələrə su səpmişəm” xalq mahnısını ifa ediblər - <font color=red>FOTOSESSİYA </font>
# 06 may 2011 15:15 (UTC +04:00)
APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Azərbaycanın 56-cı “Eurovision” müsabiqəsində təmsilçiləri Eldar Qasımov və Nigar Camal “Esprit Arena”da keçirilən mətbuat konfransında bildiriblər. Sualları cavablandıran Eldar və Nigar daha sonra Avropa mediası qarşısında “Küçələrə su səpmişəm” xalq mahnısını duet şəklində ifa ediblər. Təmsilçilərimizin çıxışı media nümayəndələrinin alqışlarına səbəb olub.

Bakı Slavyan Universitetində ali təhsil alan Eldar Qasımova “Qayıtdıqdan sonra imtahanları necə verəcəksiniz” sualı ünvanlanıb və təmsilçimiz bu sualı “Ümidvaram ki, yaxşı nəticə göstərdiyim üçün mənə güzəşt edəcəklər” şəklində cavablandırıb.

Eldar və Nigar eləcə də Azərbaycanı layiqincə təmsil edəcəklərinə söz veriblər: “Bilirik ki, hazırkı statistika bizim xeyrimizədir. Finala çıxmağa ümid edirik və pərəstişkarlarımızın, tamaşaçıların ümidlərini doğrultmağa çalışacağıq”.

Nigar Camal vurğulayıb ki, yarımfinal öncəsi onun iki qızı Düsseldorfa gələcək və o ailəsi üçün çox darıxıb.

Fransadan olan jurnalist Eldar Qasımovdan “Je t’aime” mahnısını ifa etməyi xahiş edib və təmsilçimiz də milli seçim finalında olduğu kimi bu mahnını yüksək səviyyədə ifa edib.

Azərbaycan təmsilçiləri konfransda eləcə də isveçli müəlliflərə məxsus olan “Running Scared@ mahnısının akustik versiyasını canlı olaraq səsləndiriblər.

Almaniya mətbuat nümayəndəsi Azərbaycan təmsilçilərini çox bəyəndiyini vurğulayıb və onlara bildirib ki, “Running Scared” mahnısını bəyənməyən jurnalist tanımır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR