Bank Of Baku

Serbiyanın “Eurovision-2011” təmsilçisi Nina: “Ümidvaram ki, Mariya Şerifoviçin nəticəsini təkrarlayacağam və növbəti yarışmanı Serbiyaya aparacağam”- FOTO

Serbiyanın “Eurovision-2011” təmsilçisi Nina: “Ümidvaram ki, Mariya Şerifoviçin nəticəsini təkrarlayacağam və növbəti yarışmanı Serbiyaya aparacağam”- <font color=red>FOTO</font>
# 06 may 2011 18:20 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. “Azərbaycanın builki mahnısını uğurlu seçim hesab edirəm. Duet ortaqları səhnəyə də çox yaraşır və Azərbaycana uğurlar arzu edirəm”. Bu sözləri APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə açıqlamasında “Caroban” mahnısı ilə Serbiyanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək Nina deyib. Serbiya təmsilçisi qeyd edib ki, bu yarışmada iştirak etməyi özü üçün böyük şans hesab edir: “Təşkilatçılıqdan çox razıyam. Səhnə inanılmaz böyükdür, bu səhnədə çıxışım zamanı aldığım təəssüratlar əvəzolunmaz hisslərdir. Bu cür böyük layihədə yer adlığım üçün çox həyəcanlıyam və özümü şanslı hesab edirəm. “Euroviison”a gəlişimi özüm üçün böyük şans hesab edirəm”.
Nina qeyd edib ki, onun müsabiqədə iştirakı məhz “Caroban” mahnısının bəstəkarı nın köməyi ilə başa gəlib: “Mahnının bəstəkarı məni məhz 2008-ci ildə lentə alınmış və youtube-da yerləşdirilmiş videoda öz yazdığım mahnının ifası zamanı görüb və mənə milli seçimlərdə iştirak etmək təklifi etdi. Bu təklifi məmnuniyyətlə qarşıladım və bu yarışmanı məhz mən qazandım. Bu günkü böyük səhnədə məşqimiz uğurlu baş tutdu və çıxışımdan razıyam. Yarışmada ən yaxşı şəkildə çıxış edəcəyəm”.
56-cı “Eurovision” yarışmasında iştirak edən ölkələrin çox güclü mahnıları olduğunu deyən Serbiya təmsilçisi, bu cür mahnılar arasında seçilməyin çətin olduğunu da deyib: “Bu cür mahnılar arasında yaddaşda qalmaq çətindir. Ən güclü rəqib kimi Albaniyanı görürəm, həqiqətən də onun güclü səsi var. Həm iştirakı, həm də səsi güclüdür. Avstriyadan olan ifaçı da çox güclüdür. Ümidvaram ki, Mariya Şerifoviçin nəticəsini təkrarlayacağam və növbəti yarışmanı Serbiyaya aparacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR