Bank Of Baku

Norveçin «Eurovision-2011»də təmsilçisi: «Bu yarışmada Azərbaycanın şansını yüksək qiymətləndirirəm» – FOTO

Norveçin «Eurovision-2011»də təmsilçisi: «Bu yarışmada Azərbaycanın şansını yüksək qiymətləndirirəm» – <font color=red>FOTO </font>
# 07 may 2011 13:12 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. «Bu yarışmada Azərbaycanın şansını yüksək qiymətləndirirəm. Yaddaqalan mahnınız var və müsabiqə üçün əsas amillərdən biri budur». Bunu Norveçin «Eurovision-2011» təmsilçisi xanım Stella Mvangi APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə açıqlamasında deyib.
S.Mvangi «Eurovision»la bağlı fikirləri ilə də bölüşüb: «Müsabiqəyə hazırlıq mükəmməl şəkildə gedir, özümü çox xoşbəxt hiss edirəm. Səhnədə çıxış edərkən, pərəstişkarların, tamaşaçıların mənimlə birgə bu musiqini ifa və rəqs etmələri çox şadlandırır. Müsabiqə ilə bağlı ilkin təəssüratlarım superdir, hər şey çox mükəmməldir. Bu cür şans əldə etdiyimə görə çox şadam».
Norveç təmsilçisi qeyd edib ki, bu il iştirakçı ölkələr arasında çoxlu favorit var. O, bu sırada «Blue» və «Dana International»la yanaşı, bir çox mahnıları güclü hesab edir, ancaq öz şansının da yüksək qiymətləndirir. Xanım təmsilçi Aleksandr Rıbakın uğurunu təkrarlayacağına ümid edir və müsabiqənin 2012-ci ildə yenidən Norveçdə keçirilməsini arzulayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR