Bank Of Baku

İslandiyanın “Eurovision-2011” təmsilçiləri: “Çox istərdik ki, finalda çıxış edən ölkələr arasında olaq” – FOTO

İslandiyanın “Eurovision-2011” təmsilçiləri: “Çox istərdik ki, finalda çıxış edən ölkələr arasında olaq” – <font color=red>FOTO </font>
# 09 may 2011 12:28 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. İslandiyanı bu il “Eurovision” yarışmasında təmsil edən “Sjonni’s Friends” qrupu finala çıxacağına ümid edir. Qrup üzvləri bunu APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə açıqlamalarında bildiriblər. “Çox istərdik ki, finala vəsiqə qazanaq və finalda çıxış edən ölkələr arasında olaq. Mahnımız sevilir və artıq dillərdə əzbərdir. Hər halda biz müəyyən qədər istəyimizə nail olmuşuq”, deyə onlar bildiriblər.

Builki yarışmanın təşkilindən çox razı qaldıqlarını söyləyən İslandiya təmsilçiləri, yarışmada yer alan əksər mahnıların çox uğurlu olduğunu etiraf ediblər və Azərbaycan təmsilçilərinin ifa etdikləri “Running scared “ mahnısının da bu sırada olduğunu vurğulayıblar.

Qeyd edək ki, islandiyalılar mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcəklər. Həmin yarımfinalda Azərbaycan təmsilçiləri Eldar və Nigar da səhnəyə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR