Aleksey Vorobyov: “Eurovision-2011”də səs vermək imkanım olsaydı, səsimi ya Azərbaycana, ya da Avstriyaya verərdim” – MÜSAHİBƏ - FOTO
- “Eurovision” yarışmasında iştirakınız haqqında bilmək istərdik. Necə oldu ki, məhz siz bur müsabiqədə Rusiyanı təmsil etmək hüququ qazandınız?
- İlk dəfə mənə deyəndə ki, “Eurovision”a gedəcəyəm, çoxsaylı problemlər ortaya çıxdı. Çünki mənim bu müsabiqədə ölkəmi təmsil etmək niyyətim yox idi və həmin ərəfədə “1-ci kanal”da yayımlanacaq filmdə çəkilməli idim. Müsabiqədə ifa etdiyim bu mahnı da “Eurovision” üçün yazılmayıb, növbəti yeni albomumda yer alınacaq bir mahnı idi. Və həmin gün axşam mənə zəng edib dedilər ki, sabah “1-ci kanal”da mahnının təqdimatını eləməlisən. Mən isə nə mahnının mətninin bilirdim, nə məşq eləmişdim. Digər ölkələrdə “Eurovision” müsabiqəsində təmsilçinin ifa etməsi üçün mahnı tamaşaçılar tərəfindən seçilir, onlar bu musiqinin yarışmaya nə qədər uyğun və ya uyğun olmadığını tamaşaçının öhdəsinə buraxırlar. Ancaq bizdə tamamilə başqa cür oldu, necə deyərlər, düşmən çıxış yolu axtarınca, biz bütün landşaftı dəyişdik.
- Builki yarışmada “Blue” və Dana İnternational kimi güclü rəqibləriniz var. Onlarla eyni müsabiqədə qalibiyyət uğrunda mübarizə aparmaq çətin olmayacaq?
- Builki yarışmada professional yarışmaya heç bir aiddiyatı olmayan Portuqaliya təmsilçilərinin ifalarını çıxmaq şərtilə digər bütün təmsilçi və iştirakçılar çox ciddidir. Builki müsabiqə son illərdə keçirilən yarışmalar içində iştirakçıların səviyyəsinə görə ən güclülərindən biridir. “Blue” qrupuna gəlincə, onlar dünya şöhrətli qrupdur və onlarla eyni səhnədə çıxış etmək çox böyük şansdır. Dana İnternational isə 13 il bundan əvvəl bu yarışmanın qalibi olub və həmin uğurdan sonra yenidən bu yarışmaya geri qayıtmaları təqdirəlayiq haldır.
- “Buz üstündə rəqs” yarışmasında Tatyana Navka ilə rəqsləriniz barəsində nə deyə bilərsiniz? Sizin aranızda bir sıra mübahisələrin şahidi olurduq. Səbəb nədir?
- Bəlkə də mənim tərbiyəm müasir dövr üçün bir qədər yaddır. Çünki kimliyindən asılı olmayaraq hər hansısa bir qadın mənə nə isə öyrətməyə çalışanda, sadəcə dəli oluram. Tatyana Navka ilə hazırlıq ərəfəsində o qədər sözümüz çəp gəlib ki, dəfələrlə məşqdən çıxıb gedib. Xarakterim belədir, elədiyimi heç kiminlə müqayisə eləmirəm və özümü belə rahat hiss edirəm.
- Bu gün sonuncu məşqinizdə bütün gücünüzü ortaya qoydunuzmu? Avropa tamaşaçısı Aleksey Vorobyovdan necə bir şou gözləsin?
- Demək olar ki, heç özümü əziyyətə salmadım, çünki həyatda sevmədiyim şeylərdən biri kameralara oynamaqdır. Kameralara oynamaq qəlbimdən gəlmir və bu sənətdə məhz bunu heç bəyənmirəm. Fikrimcə, hər bir müğənni, ifaçı kamera qarşısında da ürəyindən gələnləri etməlidir.
- Bir neçə günlük müşahidələrimiz nəticəsində belə qənaətə gəlmişik ki, siz ətrafda baş verənlərdən çəkinirsiniz, elə bil nədənsə qorxursunuz. Bu belədir, ya belə görünür?
- Yox mən bunu qorxu adlandırmazdım, sadəcə olaraq hər hansı auditoriyaya girəndə çoxsaylı tamaşaçı sayını görmək məni sadəcə təəccübləndirir. Çünki özümü böyük bir ulduz saymıram ki, insanlar ətrafıma yığışıb qəfəsdəki meymun kimi məni izləsinlər.
- Öz qalibiyyətinizə əminsiniz? Finalda öz şansınızı necə qiymətləndirirsiniz?
- Zərrə qədər əminliyim yoxdur. Heç bir say göstərici deyə bilmərəm, yeganə çalışdığım şey səhnəyə çıxıb bütün var-gücümlə tamaşaçı kütləsinin rəğbətini qazanmaqdır. Bu müsabiqədə ən vacib amillərdən biridir.
- Əgər qalib olsanız, mahnı müəllifi olan “RedOne”ın burada hər hansı rolu olacaqmı?
- “RedOne”ın yazdığı musiqi səviyyəli mahnıdır və ifa etdiyim bu musiqinin şansına inanıram. Ancaq qalib gəldiyim təqdirdə qalibiyyətimin hər hansı bir hissəsini onun adı ilə bağlamaq ədalətsizlik olardı. Çünki bəstəkar sənin üçün yalnız musiqi yaza bilər, onu tamaşaçıya keyfiyyətli çatdırmaq isə ancaq ifaçının üzərinə düşür.
- 9 may Qələbə Gününü Almaniyada necə qeyd etdin?
- Məndən asılı olsaydı, at götürüb dəbdəbəli parad geyimi ilə şəhərdə atla gəzmək istəyərdim. Ancaq bu gün iştirak etdiyim yarımfinalda çıxış edəcəyim üçün dünən axşamı ayıq başla qeyd etmək məcburiyyətində oldum. Bayramı istədiyim kimi qeyd edə bilməsəm də, ilk fürsətdə bu səhvimi düzəldəcəyəm.
- Maraqlı səhnə şou nümayiş etdirəcəksiniz. Şouda çoxsaylı avadanlıqlardan da istifadə olunur. Səhnə üçün xərclənən puldan xəbəriniz varmı? Sirr deyilsə bu məbləği açıqlaya bilərsiniz?
- Səhnə tərtibatımda ən bahalı avadanlıq arxamda olan işıqlı şüşə divarlardır. Bu 50 min avroya başa gəlib. Yerdə qalan hər şey isə daha ucuzdur. Hətta çıxış zamanı əynimə geyindiyim gödəkçə də ikinci əl məhsuldur. Məni yeganə sakitləşdirən amil odur ki, hər şey özümə qalacaq və evimə aparacağam.
- Azərbaycan mahnısı və təmsilçiləri haqqında düşüncələriniz necədir?
- Sizin təmsilçilərə halal olsun. Bu duetdə yeganə çatışmayan cəhət odur ki, Nigar ailəlidir. Bu amildən başqa, onlar həm səhnədə duet ortağı kimi, həm də səs baxımından bir-birlərinə çox yaraşırlar. İfa etdikləri mahnı isə sakit, ürəyəyatımlı mahnıdır. Eldarın yumşaq tenor səsi var, ona görə bu mahnı çox uğurlu alınır.
- Azərbaycan xalqına ana dilimizdə müraciətinizi gördük. Bu addımdan sonra Azərbaycandan neçə bal gözləyirsiniz?
- Ümidvaram ki, mənim tələffüzüm Azərbaycan xalqını təəssüfləndirməyib və azından mənə 2 xal verəcəklərinə ümid edirəm.
- Bəs bir ölkəyə səsinizi vermək şansınız olsaydı, o səsi kimə verərdiniz?
- Belə bir seçim qarşısında qalsaydım iki ölkə arasında düşünərdim. Bu ölkələrdən biri siz, ikincisi isə Avstriya təmsilçisi olardı. Azərbaycanı həqiqətən də bu il çox güclü təmsilçilər təqdim edir. Bugünkü yarımfinalda sizə də, özümə də uğurlar arzulayıram...
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib