Bank Of Baku

Mayın 14-də “Eurovision-2011” müsabiqsinin finalında Azərbaycan təmsilçiləri səhnəyə 19-cu çıxacaqlar - FOTOSESSİYA

Mayın 14-də “Eurovision-2011” müsabiqsinin finalında Azərbaycan təmsilçiləri səhnəyə 19-cu çıxacaqlar - <font color=red>FOTOSESSİYA</font>
# 11 may 2011 00:47 (UTC +04:00)
APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, I yarımfinal başa çatdıqdan sonra finala vəsiqə qazanan 10 təmsilçinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında hər təmsilçiyə iki sual ünvanlanıb və finala vəsiqə qazanan ifaçılar bu şansı qazanmalarından xoşbəxt olduqlarını diqqətə çatdırıblar.
Məlum olub ki, Serbiya finalda 24, Litva 4, Yunanıstan 6, Azərbaycan 19, Gürcüstan 25, İsveçrə 13, Macarıstan 5, Finlandiya 1, Rusiya 10, İslandiya isə 21-ci nömrə altında çıxış edəcəklər.
Qeyd edək ki, mayın 12-də Düsseldorf “Esprit Arena”da daha 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq və yalnız 10-u bu şansı qazanacaq. Mayın 14-də isə ümumilikdə 25 ölkə təmsilçiləri birincilik uğrunda yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR