Bank Of Baku

Eldar və Nigar: “Finala vəsiqə qazandığımız üçün çox xoşbəxtik” - ФОТО

Eldar və Nigar: “Finala vəsiqə qazandığımız üçün çox xoşbəxtik” - <font color=red> ФОТО</font>
# 11 may 2011 01:50 (UTC +04:00)
Azərbaycan xalqına bildiririk ki, finalda bundan yaxşı çıxış edəcəyik. Bunun üçün bizdən dəstəyinizi əsirgəməyin”. Bunu finala vəsiqə qazanan Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Сamal APA-nın Düsseldorfa ezam olunmuş müxbirinə açıqlamasında bildiriblər. Təmsilçilər Azərbaycan xalqına dəstəyə görə də təşəkkürlərini bildiriblər.
Eldar Qasımov və Nigar Camal finala vəsiqə qazanmayan ölkə təmsilçilərinə də uğurlar arzulamağı unutmayıblar: “Finala vəsiqə qazanmayan ölkə təmsilçilərinin bəziləri bizim dostlarımızdır. Onların hər birinə uğurlar diləyirik, yolları həmişə açıq olsun ”.
Nigar Camal bu çıxışını iki qızına həsr etdiyini diqqətə çatdırıb: “Yarımfinaldan bir gün əvvəl ailəm mənə dəstək olmaq üçün buraya gəlib. Qızlarımın gəlişi məni daha da qələbəyə ruhlandırdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR