Bank Of Baku

Ukraynanın “Eurovision-2011” təmsilçisi Mika Nyuton: “Bilmirəm niyə məşqlərim zamanı problemlər yaşanır”- FOTO

Ukraynanın “Eurovision-2011” təmsilçisi Mika Nyuton: “Bilmirəm niyə məşqlərim zamanı problemlər yaşanır”- <font color=red>FOTO</font>
# 11 may 2011 17:27 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA Mayın 12-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq ukraynalı təmsilçi Mika Nyuton Azərbaycan təmsilçinin yüksək yerdə olacağına əmindir. Bunu APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə açıqlamasında ukraynalı təmsilçi deyib. Mika Nyuton Azərbaycanın “Eurovision” yarışmasında təmsilçiliyi dövründə hər zaman yeniliklər etdiyini də vurğulayıb: “Azərbaycan bu müsabiqədə hər dəfə yeniliklər edir və yeniliyi xoşlayırsınız. Sizin duetiniz sırf Avropa səhnəsinə uyğundur. Əminliklə onu deyə bilərəm ki, ön pillələrdə sizin yeriniz var”.
Mika Nyuton məşq zamanı bəzi problemlərlə üzləşdiyini də vurğualyıb və yarımfinal günü bununla üzləşməyəcinə ümid edir: “Bilmirəm niyə məşqlərim zamanı problemlər yaşanır. Texniki problemlərlə üzləşirəm və bu da məni pis edir. Əsas məşq zamanı da belə anlar yaşadım, mikrofonum söndü. Yarımfinal günü belə problem yaşamaq istəmirəm. Məşqlərim çox gərgin keçib, ümumilikdə isə şanslarımızı yüksək qiymətləndirirəm. Mənim də iştirak edəcəyim II yarımfinalda güclü təmsilçilər yoxdur və bunun ds böyük önəmi var. Finala keçəcəyimə ümid edirəm”.
Mika Nyuton hesab edir ki, “Eurovision” mahnı yarışması özünün həyəcanlı anları ilə tamaşaçıları təəccübləndirməkdə davam edir: “Düşünürəm ki, ən yaxşı təəccüb layiq olan ölkələrin nəhayət ki, ön sıralarda olması olacaq”.
Qeyd edək ki, ukraynalı təmsilçi mayın 12-də keçiriləcək “Eurovision-2011” müsabiqəsinin II yarımfinalında “Angel” mahnısı ilə çıxış edəcək. I yarımfinalda olduğu kimi, bu yarımfinalda da 19 ölkə finala çıxmaq uğrunda yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR