Bank Of Baku

“Eurovision” tarixində üç dəfə qalib olan DJohny Logan: “Təmsilçi unutmamalıdır ki, müsabiqədə tək özünü deyil, bütün arxasındakı insanları və ölkəsini təmsil edir”- FOTO

“Eurovision” tarixində üç dəfə qalib olan DJohny Logan: “Təmsilçi unutmamalıdır ki, müsabiqədə tək özünü deyil, bütün arxasındakı insanları və ölkəsini təmsil edir”- <font color=red>FOTO</font>
# 11 may 2011 18:51 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. “Eurovision” müsabiqəsində qalib gəlmək üçün əsas şərtlərdən biri müsabiqədə iştirak etməkdir. Eyni zamanda unutmaq lazım deyil, sən bu müsabiqədə tək özünü deyil, bütün arxandakı insanları və ölkəni təmsil edirsən. Təmsilçi üçün isə arxasında böyük bir dəstək hiss etməyi çox vacibdir”. Bunu APA-nın Düsseldorfa ezam olunmuş müxbirinə 56 illik “Eurovision” tarixində üç dəfə qalib olan və rekord vuran irlandiyalı musiqiçi DJohny Logan deyib. Onun fikrincə, qalib gəlmək üçün təmsilçinin həm də ölkəsinin bu yarışmaya ev sahibliyi etməsinə inanması lazımdır.
Musiqiçi “Eurovision-2011” mahnı yarışmasının yaxından izlədiyini və məhz bunun üçün də Düsseldorfa gəldiyini vurğulayıb. Müsabiqədə bir çox mahnıları bəyəndiyini də qeyd edən müsabiqə qalibi, Azərbaycana da uğurlar arzulayıb.
İki dəfə təmsilçi, bir dəfə isə mahnı müəllifi olaraq ən çox izlənilən müsabiqənin qalibi olan Djohny Logan yenidən bu müsabiqəyə qayıtmaq istəyini də istisna etməyib: “İrlandiya qalib gəlsə yenidən bu müsabiqəyə qoşulmaq məcburiyyətində qalacağam. Bu yarışmanı istər təmsilçi, istərsə də tamaşaçı olaraq izləmək çox xoşdur. Bu inanılmaz bir həyəcandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR