Bank Of Baku

“Eurovision-2011” mahnı müsabiqəsinin finalında çıxış edəcək Azərbaycan təmsilçiləri Eldar və Nigar: “Finalda Azərbaycanımızı layiqincə təmsil etmək üçün var-qüvvəmizi orta qoyacağıq” - FOTO

“Eurovision-2011” mahnı müsabiqəsinin finalında çıxış edəcək Azərbaycan təmsilçiləri  Eldar və Nigar: “Finalda Azərbaycanımızı layiqincə təmsil etmək üçün var-qüvvəmizi orta qoyacağıq” - <font color=red>FOTO</font>
# 13 may 2011 19:18 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. “Bütün Türk dünyasından sabah, möhtəşəm final günündə dəstək gözləyirik. Azərbaycan biz səni çox sevirik və qalib olmaq üçün var-gücümüzlə çalışırıq”. Bu sözləri Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal final qabağı APA-nın Düsseldorfa ezam olunmuş müxbirinə açıqlamalarında bildiriblər. Bu gün Düsseldorf “Esprit Arena”da final öncəsi əsas məşqdə çıxış edən Azərbaycan təmsilçiləri, məşqin uğurlu baş tutduğunu da bildirib. E.Qasımov və N. Camal final öncəsi təəssüratlarını və hazırlıqları ilə bağlı düşüncələrini bölüşüblər: “Final öncəsi ilk əsas məşqimiz baş tutub. Bildirmək istəyirik ki, hər şey çox yaxşı gedir. Bu gün axşamkı əsas ikinci məşq əsasında münsiflər bizə səslərini verəcəklər”. Hər məşq zamanı həyəcan keçirdiklərini bildirən duet ortaqları, ketdikcə daha püxtələşdiklərini və həyəcan hissinin nisbətə azadlığını qeyd ediblər: “Biz istəyirik ki, hər şey yaxşı olsun və buna inanırıq. Siz də bizə inanın ki, hər şey əla olsun. Hər məşqdən sonra bir az daha dəyişiklik hiss edirik və sizlərə söz veririk ki, Vətənə qalibiyyətlə dönəcəyik. Dostlar biz sizlərdən böyük bir dəstək gözləyir və bizə inanmanızı istəyirik. Bu iki amil bizə güc-qüvvət verir”.
Qeyd edək ki, mayın 14-də Düsseldorf “Esprit Arena”da 56-cı “Euroivision” yarışmasının final mərhələsi baş tutacaq. Azərbaycan təmsilçiləri Eldar və Nigar “Running Scared” mahnısı ilə 19 nömrə altında çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR