Bank Of Baku

13 il fasilədən sonra “Eurovision” yarışmasına qayıdan İtaliya təmsilçisi: “Əminəm ki, Azərbaycan bu ilki yarışmada yüksək nəticə əldə edəcək”

13 il fasilədən sonra “Eurovision” yarışmasına qayıdan İtaliya təmsilçisi: “Əminəm ki, Azərbaycan bu ilki yarışmada yüksək nəticə əldə edəcək”
# 13 may 2011 20:42 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. “13 il fasilədən sonra yenidən bu möhtəşəm müsabiqəyə qayıtmaq gözəl bir hissdir. Avropa İtaliyanın bu möhtəşəm yarışmaya qayıdışını çox rəğbətlə qarşıladı. Eyni zamanda bu fasilədən sonra məsuliyyətin mənə həvalə olunması da böyük şansdır”. Bu açıqlamanı APA-nın Düsseldorfa ezam olunmuş müxbirinə İtaliyanı “Eurovision-2011” müsabiqəsində təmsil edən Rafael Gualazzi deyib. Düsseldorf “Esprit Arena”sında Avropa ictimaiyyəti qarşısında “Madness Of Love” mahnısı ilə çıxış edəcək İtaliya təmsilçisi, builki müsabiqə təmsilçiləri ilə bağlı təəssüratlarını da bölüşüb: “Finaldan öncəki məşqim uğurlu keçdi və hər şeydən çox razıyam. Baxmayaraq ki, böyük finala bir gün qalıb, amma tam sakitəm. Heç bir həyəcan keçirməyə ehtiyac yoxdur, bu atmosferdən zövq almaq lazımdır. Nəticənin mənim üçün necə olacağını demək çox çətindir. Hər şey ola bilər, ancaq əsas məqsəd bu yarışmada baş verən hadisələrdən zövq almaqdır”.
Fransa, Almaniya və Avstriyaya favoritlik edən Rafael Gualazzi, Azərbaycan mahnısını da çox bəyəndiyini qeyd edib: “Düşünürəm ki, Azərbaycan mahnısı bu cür güclü yarışmada yaxşı nəticə əldə etmək üçün uğurlu seçimdir və Azərbaycan bu ilki yarışmada yüksək nəticə əldə edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR