Bank Of Baku

Avstriyanın “Eurovision -2011” təmsilçisi: “Finaldan öncə həyəcanlıyam, ancaq bu həyəcanı içimdə boğmağa çalışacağam”

Avstriyanın “Eurovision -2011” təmsilçisi: “Finaldan öncə həyəcanlıyam, ancaq bu həyəcanı içimdə boğmağa çalışacağam”
# 14 may 2011 01:48 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. “Azərbaycanın top beşlikdə olacağına inanıram, çünki yetəri qədər mükəmməl və yaddaqalan mahnıdır. Təmsilçilərinizi də çox bəyənirəm və uğurlu nəticə qazanacağınıza əminəm”. Bunu APA-nın Düsseldorfa ezam olunmuş müxbirinə açıqlamasında builki müsabiqədə sevilən iştirakçılar arasında olan Avstriya təmsilçisi Nadine Beiler deyib.
Builki yarışmada favoriti olmadığını da bildirən təmsilçi, özünə rəqib görmür. Ancaq ən çox dəstəklədiyi təmsilçilər Fransa və Macarıstandır. Bu gün final mərhələsində çıxış edəcək Nadine Beiler həyəcanlı olduğunu da vurğulayıb: “Finaldan öncə həyəcanlıyam, ancaq bu həyəcanı içimdə boğmağa çalışacağam. Mükəmməl ifa ilə ölkəmi layiqincə təmsil etmək arzusundayam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR