Bank Of Baku

Rumıniyanın “Eurovision-2011” təmsilçisi “Hotel FM”: “Azərbaycan favoritlərimiz arasındadır”

Rumıniyanın “Eurovision-2011” təmsilçisi “Hotel FM”: “Azərbaycan favoritlərimiz arasındadır”
# 14 may 2011 02:14 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova – APA. “Azərbaycan favoritlərimiz arasındadır və yüksək nəticə əldə edəcəyinə hamı kimi biz də inanırıq. Əslində mahnınız tam bu müsabiqə formatına uyğundur. Səhnədə həm gözəl qız, həm də yaraşıqlı oğlan görürük və onların məhəbbət balladası insanın ürəyini fəth edir”. Bunu Apa-ın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Rumıniyanın “Eurovision-2011” müsabiqəsində təmsilçi qrupu olan “Hotel FM”-in üzvü David Bryan bildirib. Rumıniya təmsilçisi finalın nəticələrinin də yarımfinallar kimi sürpriz olacağını deyib: “Sözsüz ki, bütün mahnılar yaxşıdır və hər bir ölkənin bərabər şansı var. Heç kim nəticəni öncədən açıqlaya bilməz, çünki bu hər zaman bu sürpriz olub. Biz də bütün təmsilçilər kimi qalib olmaq istəyirik və bunu özümüzə layiq bilirik. Ən çox sevdiyimiz mahnılar ilə Fransa, Avstriya və İrlandiyadır. Bu sırada Azərbaycan da var və artıq özümüz üçün beşlik müəyyənləşdirmişik”.
İsveç təmsilçisi Eric Saadeyə gəlincə qrup üzvü deyib ki, onu özünə rəqib bilmir, halbuki o hamının gözündə rəqibdir: “Eric bəlkə də yaxşı ifaçıdır, ancaq rəqsi daha yaxşıdır. İfasına isə nəsə deyə bilmərəm, çünki tam bəyənmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR