Bank Of Baku

“Eurovision-2011” müsabiqəsinin finalı başladı

“Eurovision-2011” müsabiqəsinin finalı başladı
# 14 may 2011 21:15 (UTC +04:00)
APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, finalda 25 ölkənin nümayəndəsi çıxış edəcəklər.
Çıxış edəcək ölkələrin sıra növbəsi belədir: Finlandiya 1, Bosniya və Hersovoqina 2, Danimarka 3, Litva 4, Macarıstan 5, İrlandiya 6, İsveç 7, Estoniya 8, Yunanıstan 9, Rusiya 10, Fransa 11, İtaliya 12, İsveçrə 13, Böyük Britaniya 14, Moldova 15, Almaniya 16, Rumıniya 17, Avstriya 18, Azərbaycan 19, Sloveniya 20, İslandiya 21, İspaniya 22, Ukrayna 23, Serbiya 24 və Gürcüstan 25-ci çıxış edəcək.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə 19-cu çıxış edəcəklər.
Düsseldorfun “Espit Arena”sında final konserti 24 min tamaşaçı canlı, 125 milyon tamaşaçı isə televiziya ekranından izləyəcəklər. “Eurovision 2011” finalı 50-dən artıq ölkədə yayımlanacaq.
Xatırladaq ki, “Eurovision” yarışmasının qalibi 50% münsiflər, 50% isə tamaşaçı səsverməsi nəticəsində seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR