Bank Of Baku

Respublika Stadionunun direktoru: “”Eurovision”-2012-ni bizim stadionda təşkil etmək olar”

Respublika Stadionunun direktoru: “”Eurovision”-2012-ni bizim stadionda təşkil etmək olar”
# 16 may 2011 14:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA. “2012-ci ildə «Eurovision» müsabiqəsinin Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi mümkündür. Amma bunun üçün lazımi təmir işləri aparılmalıdır”. Bu barədə APA-ya stadionun direktoru Akif İsmayılov bildirib. Onun sözlərinə görə, tutumuna görə, stadionda belə tədbir təşkil oluna bilər, amma texniki cəhətdən stadion indi buna hazır deyil.
Müsabiqənin harada keçiriləcəyi ilə bağlı son qərarın ölkə rəhbərliyi tərəfindən veriləcəyini xatırladan Akif İsmayılovu sözlərinə görə, prinsipcə bu müsabiqəni konsert mərkəzində və ya digər obyektlərdə də keçirmək mümkündür: «Bəlkə bunun üçün ayrıca kompleks tikiləcək, hələ heç nə məlum deyil».
A. İsmayılov deyib ki, müsabiqənin stadionda təşkili barədə qərar qəbul olunsa, stadion tam təmir olunaraq ən müasir standartlara çatdırılmalıdır: “Stadionun üstünün örtülməsi imkanını da nəzərə alsaq, elə təmir üçün 40 milyon manatdan artıq vəsait tələb olunur”. Stadion rəhbərinin sözlərinə görə, bu işləri növbəti müsabiqənin vaxtınadək çatdırmaq çətin deyil: «Bu işi 7-8 aya da yekunlaşdırmaq mümkündür».

Qeyd edək ki, sonuncu «Eurovision» müsabiqəsi də Almaniyanın Düsseldorf şəhərinin stadionunda təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR