Bank Of Baku

İsmayıl Ömərov: “Azərbaycan bu il keçirilən “Eurovision” müsabiqəsinə ötən ildəkindən az vəsait xərcləyib”

İsmayıl Ömərov: “Azərbaycan bu il keçirilən “Eurovision” müsabiqəsinə ötən ildəkindən az vəsait xərcləyib”
# 17 may 2011 12:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib. “Azərbaycanın müsabiqədə iştirakı neçəyə başa gəlib” sualına cavab olaraq, İ. Ömərov hələlik bununla bağlı konkret hesablama aparılmadığını, hesablama aparılandan sonra bu haqda açıqlama veriləcəyini deyib.

Müsabiqədə məğlub olan ölkə təmsilçilərinin Azərbaycanının qələbə qazanmasını maliyyə vəsaitləri ilə bağlamaları barədə yanaşmaya münasibət bildirən İctimai Teleradionun direktoru bunu “məğlubiyyətə dözümsüzlük” adlandırıb: “Onlar bu qələbəni həzm edə bilmirlər. Sizlərdən də xahiş edirəm ki, maliyyə məsələsinin üstünə bu qədər getməyin. Bu qələbə Azərbaycan mədəniyyətinin, musiqisinin, Eldar və Nigarın qələbəsidir. Eldar və Nigara əsas rəqib kimi yanaşırdılar. Bu da sübut olundu”.

Qeyd edək ki, Azərbaycanın 2010-cu ildə Norveçdə keçirilən “Eurovision” müsabiqəsinə 1 milyon 564 min manat vəsait xərclədiyi açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR